Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Qafqazda Qərb Rusiya toqquşmasi Yerevanda başlayır

Cənubi Qafqazda Qərb Rusiya toqquşmasi Yerevanda  başlayır


"Ermənistan Avropa İttifaqına üzvülüyünün başlanmasına dair qanunu təsdiqləyib. Ermənistan Rusiyanın orbitində Avrasiya İttifaqının, KTMT, Gömrük İttifaqı üzvüdür. N.Paşinyan Avropa İttifaqına üzvülük sənədini təsdiqləməklə, Moskvaya qarşı yeni cəbhə açmış oldu. Avropa İttifaqına üzvülük üçün N. Paşinyan Rusiyanın orbitində olan bütün təşkilatlardan rəsmən çıxmalıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ermənistanın Avrasiya İttifaqı daxilində Rusiya ilə iqtisadi əməkdaşlığa görə ötən il 15 milyard ticarət dövriyyəsi olub:

"Bu, Ermənistan üçün kifayət qədər böyük bir rəqəmdir. N.Paşinyan Avrasiya İttifaqından çıxmaqla Ermənistanın iqtisadi əlaqələri tam zəifləyəcək. Nəticədə Ermənistan iqtisadiyyatında kifayət qədər problemlerə yol açacaq. Həmçinin Rusiya Ermənistana qarşı iqtisadi və siyasi təzyiqlərə əl atacaq".

Politoloq qeyd edib ki, Ermənistanın Avrointeqrasiyası Rusiya ilə münasibətlərin kəskinləşməsi ilə davam edəcək:

"Əsl həngamə Ermənistanın üzvü olduğu təşkilatlardan çıxmaq barədə qərarlar qəbul edəndə olacaq. Bu il Ermənistan üçün çətin və mürəkkəb bir mərhələ başlayır. Cənubi Qafqazda Qərb Rusiya toqquşmasi Yerevanda başlayır".

Süleyman
Xəbəri paylaş