Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bütün bunlar İlham Əliyevin özündə cəmləşdirdiyi ciddi uğurlar və dövlətimizin nailiyyətləridir

Bütün bunlar İlham Əliyevin özündə cəmləşdirdiyi ciddi uğurlar və dövlətimizin nailiyyətləridir


"Demokratiyanın dəyərlərini, prinsiplərini maraq və alver predmetinə çevirən ölkələr bu gün əslində öz iç üzlərini göstərirlər. Bununla da, heç vaxt demokratik dəyərləri və ədaləti dəstəkləmədiklərini dünyaya nümayiş etdirirlər. Əgər belə olmasaydı, bu gün həmin ölkələr və o insanlar, düşünməsinlər ki, dünya tədricən yumşaq metodologiya ilə atdıqları addımları və verdikləri qərarları hiss etmir. Biz hər şeyi hiss edir və bütün yanaşmaları analiz edirik. Siz o hava şarını böyüdüb ölkələrin cibini boşaltmağı bacardınız. Bacarmadığınız ölkələri isə düşmən elan etdiniz".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov səsləndirib. O deyib ki, bu gün həmin qüvvələri dərk edənlər artıq mövcuddur və müstəqil, ədalətli siyasət nümayiş etdirərək dünyaya ciddi mesajlar ötürürlər:

"Bəli, bu gün deskriptiv təhlil aparanlar, perspektiv təhlili ortaya qoyanlar əsaslandırılmış formada proqnozlarını öz dövlətlərinin təmsil etdiyi xalqın gələcəyinə yönəldə bilirlər. Siz hər kəsin başını o şarla qata bilmədiniz. Demokratik dəyərlərin beşiyi sayılan ölkələr ilk olaraq bu prinsiplərə zidd addımlar atdılar. O dəyərlərdən biri də insan haqqlarıdır. Lakin siz bizim insanlarımızın hüquqlarını tanımadınız. Bir milyona yaxın insanın hüquqları illərlə tapdalandı. Azərbaycan dövləti isə tarixi ədaləti bərpa edərək insanlarımızın haqqını qaytardı".

Mərkəz rəhbəri deyib:

"Bu gün Makron kimilər və onun düşüncəsinə, həyat tərzinə yaxın olanlar anlamalıdır ki, dünya heç də o şara baxmaqla və yaxud iki qurdun bir quzunun istəyi ilə idarə olunmaq istəmir. Artıq bu məsələlərə dair cənab Prezidentin sonuncu müsahibəsində tam aydın və şəffaf formada ifadə etdiyi fikirlər işıq verdi ki görməyənlər işıqdan istifadə edib görsünlər ki, niyyət və məqsədlər nədən ibarətdir.

Azərbaycan dövlətinin rəhbəri İlham Əliyevin istər İran, istər Fransa, istər Amerika, istərsə də terrorçu Ermənistanla bağlı səsləndirdiyi fikirləri təhlil etmək vacibdir.

Bəli, Zəngəzurla bağlı “dəhliz açılmalıdır” ifadəsi, “Zəngəzurun adı çəkilmir” deyən bəzi siyasi qüvvələrə əlinin arxası ilə vurulan şillədir. Onlar sadəcə belə siyasi şillələrə o qədər məruz qalıblar ki, artıq siyasi beyin travmasından əziyyət çəkirlər. Siyasi idarəetmə fənnini mükəmməl şəkildə öyrənənlər onu tətbiq edə bilir, biz də artıq onun nəticələrini gördük və davamlı olaraq görmək istəyirik".

Ramil Hüseynov deyib ki, tarixdə ictimai, siyasi, sosial problemlər heç vaxt birmənalı deyil, dəyişkən olur:

"Onları yaradan səbəblər və həll yolları da sabit deyil. Bu dəyişkən prosesləri düzgün analiz edib qərarlar qəbul etmək üçün həm intutiv hissə, həm də mülahizə, yəni məntiqə əsaslanan rasional, strateji, taktiki və operativ qərar vermə qabiliyyətinə malik olmaq lazımdır ki, bütün bunları siyasi problemləri aradan qaldırıb, siyasi nəticələr əldə edəsən, siyasi məhdudiyyətlərdən ölkəni yan keçirəsən.

Bütün bunlar bu gün İlham Əliyevin özündə cəmləşdirdiyi ciddi uğurlar və dövlətimizin nailiyyətləridir.

Şarın altında qalıb ona baxanların vəziyyətindən nəticə çıxarmağı bacarmayanlar isə bir gün o şarı partladacaq və altında qalıb hansı təlatümlərlə üzləşdiyinizi yadınıza salın və fərqinə varın".

Süleyman
Xəbəri paylaş