Qazaxıstanda qeyri-qanuni sahibkarlıq fəaliyyətinin qarşısının alınması üçün mobil köçürmənin monitorinqi aparılır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, fiziki şəxsin hesabına ardıcıl üç ay ərzində yüz və ya daha çox müxtəlif şəxsdən pul köçürülürsə və vəsait 255 min tengedən çox olarsa, bu cür köçürmə haqqında məlumat vergi orqanlarına göndərilir.
Məlumata görə, 2025-ci ildən etibarən fərdi sahibkarlar, hüquqi şəxslərin rəhbərləri və onların həyat yoldaşları haqqında məlumatların banklardan toplanacağı da açıqlanıb.
Bundan əvvəl dövlət qulluqçularının, büdcə və kvazi-dövlət sektoru işçilərinin səyyar köçürmələrinə nəzarət edilir. 2026-cı ildən isə bütün fiziki şəxslərin köçürmələri ilə bağlı məlumatlar vergi orqanlarına göndəriləcək.
Bu tədbir gizli gəlirlərin və qeydiyyatdan keçməyən sahibkarların aşkarlanmasına yönəlib.
Mehman Mehdiyev