Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bərdədə 2 min manata avtomat satmaq istəyən şəxs həbs edilib

Bərdədə 2 min manata avtomat satmaq istəyən şəxs həbs edilib


Bərdədə 2 min manata avtomat satmaq istəyən şəxs həbs edilib.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər məhkum olunan Şahlar Həsənov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvandan "Kalaşnikov" avtomatı, 29 ədəd patron və patron darağı aşkarlanıb. O, izahatında əldə etdiyi silah-sursatı 2 000 manat müqabilində satmaq üçün özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ş.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

Mehman Mehdiyev
Xəbəri paylaş