"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Kanada və Qrenlandiyanı, hətta Panama kanalı barədə ilhaq söyləmləri nə qədər doğru və ya söz kimi deyilsə də, bunun dilə gətirilməsi belə dünyada müxtəlif regionlarda bir-birilərinə torpaq iddiasında olan ölkələr arasında qarşıdurmanı qızışdıracaq. Trampın fikrinin ciddi olması və bunun üçün hərəkətə keçməsi isə dünyada xaosun əsasını qoyacaq".
Newscenter.az xəbər verir ki. bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, görünən odur ki, bu, adi sözdən ibarət deyil və Trampın fikri ciddidir:
"Amerikanın belə bir addım atması durumu dünyanın bölüşdürülməsinin sözün əsl mənasında başlanması olacaq. Bu günə kimi gizli və vəsadət qrupları üzərindən yürüdülən müharibələr açıq fazaya keçəcək".
Azər Qasımov deyib ki, qeyd edilən durum Azərbaycan üçün Qərbi Zəngəzuru, hətta digər ərazilərimizi də geri almaq üçün imkanlar yaradacaq:
"Bunun təbii ki, hərbi yolu ilə olması ehtimalı belə Ermənistanı məcburi şəkildə Azərbaycanın şərtlərinə əməl etməyə vadar edəcək. Ermənistan vaxtında sülh müqaviləsi imzalamamağın cəzasını alacaq. Azərbaycan isə hər an hərbi müdaxiləni gündəmdə tutacaq".
Süleyman