Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsraildə DİDK adından medal paylayan şəxs kimdir?

İsraildə DİDK adından medal paylayan şəxs kimdir?



İsraildə yaşayan həmvətənimiz, Azad Yeni Azərbaycan təşkilatının sədri Şakir Əhmədov qürbətdə diaspor işinin təşkili, mövcud vəziyyətlə bağlı narahatlığını bildirir. Təşkilat sədri deyir ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi bu işlərə laqeyd yanaşsaydı dərdyarı idi. Fuad Muradovun idarəsi xaricdəki azərbaycanlılara kömək etmək əvəzinə, onların görmək istədikləri işlərə mane olur. Təsir edə bilməyəndə hətta təhdid də olunur.

Şakir Əhmədov deyir ki, İsraildə Azərbaycan məktəbi açmaq istəyib. Bu barədə Fuad Muradova bildirib, köməklik göstərilməsini xahiş edib. Komitə sədri isə ona dəstək göstəriləvəyi barədə vədlər verib. Şakir Əhmədov da sevinərək işə başlayıb, yer seçib, müəyyən işlər görüb.

Ümumilikdə öz vəsaitindən 50 min manat xərcləyib. Təşkilat sədrinin iddiasına görə, vaxt gəlib çatanda isə Fuad Muradov vədinə xilaf çıxıb. Kömək etməməsi bir yana, hətta prosesə mane olmağa başlayıb.

Şakir Əhmədov onu da bildirir ki, Fuad Muradovun İsraildə Azərbaycan diasporu kimi dəstək verdiyi adamlardan bəziləri vətəndaşları olduqları İsrail dövlətinə xilaf çıxıblar.
Məlumata görə. İsrail hüquq-mühafizə orqanları onlar haqqında araşdırma aparır, bəziləri isə hətta saxlanılıb. Onlardan birinin Sveta adlı şəxs olduğu bildirilir. Komitə sədrinin adıçəkilən xanıma çox güvəndiyi bildirilir, İddiaya görə, Sveta xanıma o dərəcədə etibar edilib ki, o da Komitə adından bir sıra adamlara medallar verib, mükafatlandırıb.

Şakir Əhmədov media vasitəsilə həm bu məsələni ictimailəşdirmək, həm də haqqını tələb etmək istəyir.

Sima Babayeva
Xəbəri paylaş