Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2024-cü il ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” 6410 zəng qəbul edib

2024-cü il ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” 6410 zəng qəbul edib


2024-cü il ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 6410 zəng qəbul edilib.

Newscenter.az nazirliyə istinadən bildirir ki, daxil olan zənglərin 5425-i elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 449-u təşəkkür xarakterli, 536-sı isə digər məsələlərlə bağlı olub.

Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir. Vətəndaşlar “Çağrı Mərkəzi”nə Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan "012 974" nömrəsini yığmaqla zəng edə bilərlər.

Süleyman
Xəbəri paylaş