Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gələcəyin mənzərəsini öncədən çəkən diplomatiya

Gələcəyin mənzərəsini öncədən çəkən diplomatiya


"Bizim xalqımız uzun illər torpaq həsrəti ilə yaşayıb. Bu bölgədə xalqımıza qarşı çox ədalətsiz tarixlər yaşanıb. Parçalanıb, sürgün olunub, qohum, vətən, torpaq həsrəti çox olub. Sonuncu haqsızlıq Qarabağla bağlıdır. Soyqırımlar, insanların vəhşicəsinə öldürülməsi, Qərbi Azərbaycandan qovulanlar, onlara qarşı olunan vandallıq və torpaqların işğal edilməsi bütün bunlar ölkəmizin şüurunda inamsızlıq izi buraxdı".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov səsləndirib. Bildirib ki, o vaxt milləti yönləndirən mütərəqqi siyasi strategiya yox idi:

"Dövlətin idarə olunması və qorunması üçün yetərli güc və siyasi üsullar mövcud deyildi. Dövlətin kövrək məqamlarında, o dövrün qəddar siyasi sistemindən azad olmuş bir ölkəni qorumaq, təəssüf ki, mümkün olmadı və biz ciddi itkilərə məruz qaldıq.

Təbii ki, burada maraqlı qüvvələr var idi və Azərbaycanı uzun müddət bu cür çətinlikdə, zəif və parçalanmış görmək istəyən ölkələr, təcrübəsiz, mülayim idarəçilik sistemi vasitəsilə sadaladığım problemləri daha da dərinləşdirdilər.
Sonradan prosesə fəlsəfi, elmi, diplomatik, beynəlxalq hüquqi qaydalara uyğun yanaşmalar tədricən ölkəmizdə irəliləyişlər yaratdı. O vaxt yalnız bu günü arzu edirdik! Həm qisasımızı almaq, həm də xalqımızın alnındakı qara ləkəni silmək, dövlətimizin milli qürurunu xilas etmək və gələcək planlarımızı həyata keçirmək uğrunda böyük arzu ilə yaşayırdıq".

Mərkəz sədri qeyd edib ki, biz o arzuların hamısına çatdıq:

"Arzu etdiyimiz gələcəyə çatanda məlum oldu ki, neçə illərin zəhməti, ağlı, diplomatiyası onun mənzərəsini və planını öncədən çəkibmiş. Bura həm güclü iqtisadiyyat, həm güclü ordu, həm də müdrik idarəetmə daxildir.

Bu gün biz qisasımızı almışıq – şəhidlərimizin və qazilərimizin qanı hesabına. Millətimizin uzaqgörənliyi, həmrəyliyi, İlham Əliyevin qətiyyəti və böyük düşüncəsi ilə atılan addımlar sayəsində biz uğur qazandıq. Növbəti gələcəyin öncədən çəkilmiş planları isə qürurlu dövlətin gələcək nəsilləri üçün şahid olacaq".

Süleyman
Xəbəri paylaş