
"Görünən odur ki, Nikol Paşinyan erməni cəmiyyətini hələ də sülhə hazır edə bilməyib. Əks təqdirdə qonşu ölkədə revanşist qüvvələr yenidən baş qaldırmaz, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinə rast gəlinməzdi. Ermənistanda baş verən hadisələr fonunda onu demək mümkündür ki, ya Paşinyan xalqı qarşısında aciz durumdadır, ya da erməni baş nazir blef edir. Əks təqdirdə Ermənistanın xilasına hesablanmış sülh müqaviləsinin imzalanması istiqamətində işləri sürətləndirərdi".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Azərbaycanla iqtisadi əlaqələrin müəyyən sferalarda bərpası istiqamətində atılan addımlar, ərazimizdən keçməklə Rusiya mal və məhsullarının maneəsiz şəkildə Ermənistana çatdırılması Paşinyan hökumətində arxayınlıq yaradıb:
"Ağır iqtisadi vəziyyətdən tədricən çıxan Ermənistan bu səbəbdən ənənəsinə sadiq qalaraq vaxtı uzatmağa, yükun sülh müqaviləsinin imzalanması istiqamətində addımları gecikdirməyə üstünlük verir. Necə ki, 2020-ci ilin noyabrında Moskvada imzalanmış üçtərəfli bəyanata dırnaqarası baxan Ermənistan hakimiyyəti, indi də Vaşinqton bəyannaməsini heçə sayır".
Arzuman Muradlı qeyd edib ki, Paşinyan hökumətinin sərgilədiyi bu mövqe yalnışdır və nə qədər gec deyil bu reallğı anlamalıdırlar:
"Əks təqdirdə Azərbaycan adekvat addımlar ata bilər. Bu isə Ermənistan üçün yaxşı heç nə vəd etməyəcək".
Süleyman










































