Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT ABŞ-ın narkotik ticarəti gəmilərinə hücumlarını insanlığa qarşı cinayət kimi qiymətləndirib

BMT ABŞ-ın narkotik ticarəti gəmilərinə hücumlarını insanlığa qarşı cinayət kimi qiymətləndirib


ABŞ-ın Karib dənizi və Sakit okeanda ölkəyə narkotik qaçaqmalçılığı üçün istifadə edilən gəmilərə endirdiyi zərbələr insanlığa qarşı cinayət sayıla bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, BMT-nin terrorizmə qarşı mübarizə zamanı insan hüquqlarının və fundamental azadlıqların təşviqi və qorunması üzrə xüsusi məruzəçisi Ben Sol bu qənaətə gəlib.

Xüsusi məruzəçi BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının saytında dərc olunmuş hesabatda bildirib ki, 223 nəfərin ölümü ilə nəticələnən qeydə alınmış 68 hücumun beynəlxalq adət hüququna əsasən qətl formasında insanlığa qarşı cinayət təşkil etdiyinə inanmaq üçün güclü əsaslar var.

Həmin sənəddə Saul bu hücumların ABŞ-ın özünümüdafiə hüququ ilə haqlı sayıla biləcəyi arqumentini rədd edərək, gəmilərdə olanların ölümünü məhkəməsiz qətl kimi təsnif edib.

2025-ci ilin payızından bəri ABŞ ordusu narkotik qaçaqmalçılığına qarşı mübarizə aparmaq üçün Karib dənizində və Şərqi Sakit Okeandakı gəmiləri hədəf alır. ABŞ mediasının məlumatına görə, "Cənub Nizəsi" adlandırılan əməliyyat istənilən nəticəni əldə edə bilməyib.

Anar
Xəbəri paylaş