Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli maraqlara əsaslanan güclü siyasət kursu

Milli maraqlara əsaslanan güclü siyasət kursu


"Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafı və beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində fəal və ardıcıl siyasət həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu mötəbər təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və yeni təşəbbüslərin irəli sürülməsi prosesində mühüm rol oynayır. Azərbaycanın TDT-yə üzv və müşahidəçi dövlətlərlə qurduğu strateji tərəfdaşlıq münasibətləri təşkilat çərçivəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır. Bu əməkdaşlıq siyasi və təhlükəsizlik məsələlərindən tutmuş iqtisadiyyat, enerji, nəqliyyat, təhsil, mədəniyyət, gənclər, media və digər sahələrə qədər geniş spektri əhatə edir".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Lalə Məmmədova deyib. O bildirib ki, bu istiqamətdə aparılan ardıcıl siyasətin növbəti nümunəsi kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstanın təhlükəsizlik strukturlarının yüksək vəzifəli nümayəndələri, eləcə də Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanla keçirdiyi görüşləri qeyd etmək olar:

"Görüşlər Türk dövlətləri arasında təhlükəsizlik və siyasi əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Görüş zamanı ölkə başçısı bir sıra mühüm məsələlərə xüsusi diqqət yetirərək, Azərbaycanın Türk dünyası dövlətləri ilə münasibətlərinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb və bu mexanizmlər vasitəsilə qarşılıqlı investisiyaların cəlb edilməsi, yeni iqtisadi layihələrin həyata keçirilməsi və sərmayə imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir".

Hakim partiya təmsilçisi qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın ikitərəfli və çoxtərəfli xarici siyasət gündəliyində Türk dünyası ölkələri ilə əlaqələrin xüsusi yer tutduğunu bildirərək, bu istiqamətin ölkəmizin əsas xarici siyasət prioritetlərindən biri olduğunu diqqətə çatdırıb:

"Dövlət başçısı Türk dünyasını ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərlə birləşdirən böyük bir ailə kimi səciyyələndirib. Eyni zamanda, TDT-nin əsas üstünlüklərindən birinin ortaq etnik və tarixi köklərə malik dövlətləri vahid əməkdaşlıq platforması ətrafında birləşdirməsi olduğu qeyd edilib.
Bu gün Türk Dövlətləri Təşkilatının yüksələn mövqeyi Türk dünyasının gələcəyinə dair böyük inam yaradır. Prezident, doğma Partiyamızın Sədri cənab İlham Əliyevin “Bu təşkilatın çox gözəl gələcəyi var” fikri bu gün TDT-nin inkişafında öz real təsdiqini tapır. İnanırıq ki, qarşılıqlı həmrəylik və əməkdaşlıq Türk dövlətlərini gələcəkdə daha da sıx birləşdirəcək".

Anar
Xəbəri paylaş