Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Oktyabrın 1-dən skuterlərin və mopedlərin hərəkəti məhdudlaşdırılacaq

Oktyabrın 1-dən skuterlərin və mopedlərin hərəkəti məhdudlaşdırılacaq


1 oktyabrdan etibarən Buxaranın tarixi hissəsində elektrik skuterləri, rikşalar, mopedlər, və bəzi digər nəqliyyat vasitələrinin istifadəsi məhdudlaşdırılacaq.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu, Buxara şəhər qubernatorunun qərarı ilə müəyyən edilib.

Məhdudiyyət Ərk qalasından Poyi Kalon ansamblına, Həqiqət küçəsi boyunca Labi Xovuz ansamblına qədər olan ərazidə tətbiq olunacaq.

Qərara əsasən, bu ərazidə qanunvericiliyin tələblərinə cavab verməyən sərnişin daşımalarının və fərdi nəqliyyat vasitələrinin, o cümlədən elektrik skuterlərinin, rikşaların, mopedlərin, kvadrosikllərin və kartinqin hərəkəti məhdudlaşdırılacaq. Ərazidə atların və dəvələrin hərəkətinə də məhdudiyyətlər tətbiq olunacaq.

Qərarın qəbul edilməsinə səbəb tarixi ərazidə bu cür nəqliyyat vasitələrinin sayının kəskin artması, onların nizamsız hərəkətinin piyadaların və turistlərin təhlükəsizliyini təhdid etməsi və xəsarət alma hallarının müşahidə olunması olub.

Məhdudiyyətin tətbiq olunduğu ərazinin giriş və çıxışlarında məlumat göstəriciləri və müvafiq yol nişanları quraşdırılacaq.

Süleyman
Xəbəri paylaş