
Qazaxıstanda yanvar-avqust aylarında taxıl ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14% artaraq 7,2 milyon tona çatıb.
Newscenter.az-ın xəbərinə görə, bu barədə "Qazaxıstan Dəmir Yolu" (KTZ) məlumat verib. Məlumata görə, avqust ayında rekord aylıq 1,2 milyon ton həcmində taxıl daşınması qeydə alınıb. Bu, 2025-ci ilin avqust ayı ilə müqayisədə 35% çoxdur. 2026-cı ilin yanvar-avqust aylarında KTZ şəbəkəsi vasitəsilə 9,3 milyon ton taxıl daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur.
Qazaxıstan taxılının əsas ixrac təyinat yeri Özbəkistandır. Bölgədən bu ölkəyə 606,4 min ton taxıl göndərilib. Bu dövrdə Rusiyaya 169,6 min ton, Əfqanıstana 135,6 min ton, Tacikistana 133,5 min ton, Çinə 84,1 min ton taxıl göndərilib.
Taxıl həmçinin Azərbaycan, Qırğızıstan, Belarus, Latviya, Estoniya və Türkmənistana da çatdırılıb.
Süleyman











































