
Bu gün sentyabrın 21-i həm dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur, həm də Ermənistanda müstəqillik günü kimi bayram edilir.
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. Onun sözlərinə görə, ölkəmizdəki xarici diplomatların Gəncəsər monastrını və Xudavəng məbədini ziyarət etmələrinə millətçilikdən və revanşizmdən əziyyət çəkən ermənilərin kütləvi aqressiv reaksiyası göstərdi ki, Ermənistan ictimaiyyəti hələ sülhə hazır deyil:
"Nikol Paşinyan öz xalqını hələ sülhə hazırlaya bilməyib. Lakin Paşinyan 2025-ci ilin 8 avqustunda Vaşinqtonda imzaladığı razılaşmaları və birgə bəyannaməni unutmamalıdır. Sülhü yubatmaq, təxirə salmaq olmaz!".
Süleyman












































