Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçın istiqamətində mövqelərimizin yenidən atəşə tutulması regionda sabitlik arzulamayan Qərbin təhrikidir

Laçın istiqamətində mövqelərimizin yenidən atəşə tutulması regionda sabitlik arzulamayan Qərbin təhrikidir


"Ermənistan-Azərbaycan sərhədində yenidən atəş səsi gəlməsi bu ölkənin işğalçı mahiyyətinin inikasıdır və bölgəyə yaxşı heç nə vəd etmir, ələlxüsus ötən 5 ildə işğalçılıq siyasəti iflasa uğramış Ermənistanın özü üçün növbəti hərbi-siyasi məğlubiyyətlər seriyasının başlanğıcıdır".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov son günlər Ermənistanın Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmasını şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, Azərbaycanın formalaşdırdığı yeni hərbi-siyasi reallıq regiona tarixinin heç bir dövründə olmadığı qədər dayanıqlı sülh üçün unikal imkanlar yaradıb:

"Lakin görünən odur ki, İrəvan məsələyə sağlam maraqlardan baxa biləcək qədər müstəqil deyil və hələ də proseslərə Fransanın prizmasından yanaşır. Bu mənada, Fransa Prezidenti və Xarici İşlər Nazirliyinin qərəzli bəyanatlarının ardınca şərti sərhəddə atəş səsinin gəlməsi təsadüf hesab edilə bilməz. Daha konkret desək, dünən Laçın istiqamətində mövqelərimizin yenidən atəşə tutulması Ermənistanın işğalçı mahiyyəti ilə yanaşı həm də regionda sabitlik arzulamayan Qərbin təhrikidir. Əslində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Prezident İlham Əliyev bu məsələ ilə bağlı aydın mövqeyini bildirmiş, Ermənistanın genişmiqyaslı silahlanma kampaniyasını bölgə üçün növbəti təhdid mənbəyi hesab etmişdi. "Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur".

Təbii ki, İrəvanın sürətlə silahlanması bizi qorxutmur, əksinə əməliyyat şəraitinə nəzarət edən, hərbi cəhətdən qat-qat üstün bir güc olan Bakı Ermənistanın belə davam edərsə, öz əhalisini məntiqsiz yerə qırğına verə biləcəyinə təəssüf edir. Dövlət başçımız dəfələrlə həm rəsmi bəyanatlarında, həm Ermənistan tərəfi ilə apardığı danışıqlar əsnasında onlara xəbərdarlıq edərək bu təhlükəli yoldan çəkinməyə və Cənubi Qafqazı sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsinə çevirməyə çağırıb".

Bəhruz Məhərrəmovun sözlərinə görə, Azərbaycanın özünə gəldikdə, bizim istənilən ssenari üzrə yol xəritəmiz aydındır və cənab Prezidentin də dekabrın 31-də ifadə etdiyi kimi, "onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz".

Süleyman
Xəbəri paylaş