Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəvan gec-tez Azərbaycanın şərtlərinin yerinə yetirilməsi istiqamətində addımlar atmağa məcburdur

İrəvan gec-tez Azərbaycanın şərtlərinin yerinə yetirilməsi istiqamətində addımlar atmağa məcburdur


"2023-cü ilin sentyabr ayından etibarən Ermənistan və Azərbaycan arasında münasibətlərdə bir yumşalma başladı və ardınca bu istiqamətdə atılan bütün addımlar bizə onu deməyə əsas verdi ki, Cənubi Qafqazın gələcəyi, sabitliyi uğrunda aparılan bütün çabalar xalqların və liderlərinin seçimləri ilə daha çox aktivlik göstərdi, faydalı nəticələr əldə olundu".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, hazırda görülən işlər və əldə olunan nəticələrə nəzər salsaq, Ermənistan və Azərbaycan arasında ziddiyyətli məqamların artıq aşıldığını görərik:

"Liderlər çalışır ki, belə bir vəziyyətdə keçmişə baxmaq yox, gələcək naminə addımlar atsınlar. Əslində Ermənistanda və Azərbaycanda başa düşürlər ki, hazırkı dövrdə əldə edilən fürsət ola bilsin bir daha ələ keçməsin və bu səbəbdən yenidən münaqişə dövrunə qayıtmaq hər iki ölkə üçün özüylə birlikdə çoxlu problemlər gətirə bilər".

Çingiiz Şahbazi deyib ki, hazırda sərgilənən təxribat xarakterli təzyiqlər və təsirlər divident əldə etmək üçün atılan addımlardır:

"Bu həmçinin siyasi baxımdan da ola bilər. Ermənistan gec-tez Azərbaycan tərəfinin şərtlərini yerinə yetirilməsi istiqamətində addımlar atmağa məcburdur və hesab edirəm ki, Ermənistanın təxribat xarakterli əməlləri danışıqlar prosesində onların əleyhinə Azərbaycan tərəfindən istifadə ediləcək və bu hərəkətlər danışıqlar prosesinə heç bir təsir etməyəcək. Əksinə bu ilin sonuna qədər iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanması prosesini daha da tezləşdirəcək".

Anar Əliyev
Xəbəri paylaş