Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ədliyyə naziri Astarada vətəndaşları qəbul edib

Ədliyyə naziri Astarada vətəndaşları qəbul edib


Ədliyyə naziri Fərid Əhmədov Astara şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Bu barədə Newscenter.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, qəbulda Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb.

Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Mehman Mehdiyev
Xəbəri paylaş