Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Niyə Putin Trampı keçə biləcəyinə əmin deyil?

Niyə Putin Trampı keçə biləcəyinə əmin deyil?


Rusiya prezidenti Vladimir Putinin hələ 2024 - cü ilin fevral ayında qarşıda ABŞ-da keçiriləcək prezident seçkilərində namizədlərdən Donald Trampı yox, Co Baydeni dəstəklədiyini bildirmişdi. Əlbəttəki Putin bu gedişində psixaloji təsirlə siyasi nəticələrə hesab götürmüşdü. O vaxt Vladimir Putinin niyə Co Baydeni dəstəklədiyinin səsəbləri barədə fikirlərimi də bölüşmüşdüm.

(https://www.facebook.com/share/p/15UQskBC8z/).

Donald Trampın növbəti dəfə ABŞ prezidenti seçilməsindən sonra, Rusiya prezidenti Vladimir Putininlə danışacağını, Rusiya - Ukrayna müharibəsini 24 saata dayandıracağına əminliyini bildirmişdi hərçənd ki, Donald Tramp səlahiyyətlərinə başlar-başlamaz 24 saat məsələsini 6 aya korrektə etdi.

Donald Trampın Rusiyaya - Ukrayna müharibəsinin dayandırılması üçün konkret plan və təkliflər paketi olmasa da, Rusiya prezidenti Vladimir Putinin Donald Trampla danışıqlardan uduşlu çıxacağına əmin deyil. Donald Trampın siyasi fəaliyyətində qeyri-ənənəvi, qeyri-adekvat və tamamilə gözlənilməz gedişləri Vladimir Putin üçün də müəyyən çətinliklər və əminsizlik yaradır. Vladimir Putin Donald Trampın hansı gediş edəcəyini təxmin edə bilmir. Məhz Donald Trampın Vladimir Putininə oxşarlığı da bundadı və Donald Trampın bu xüsusiyyəti onu Putin üçün çətin və "tanınmamış" siyasi fiqura çevirir. Heç şübhəsiz ki, Vladimir Putinin qeyri-ənənəvi siyasi davranış və qərarları onun əldə etdiyi uğurların əsasında durur. Bu baxımdan Donald Tramp Vladimir Putinin üçün real və ən çətin rəqibidir. Görüşə hər iki liderin hazır olduğu deyilsə də, danışıqlardan əhəmiyyətli nəticə əldə ediləcəyinə əminlik yoxdur. Haçansa baş tutması ehtimal edilən Tramp - Putin görüşündə ABŞ-ın oturuşmuş dövlət siyasəti ən ağır yükə malikdir. Putin Co Baydeni üstələyə biləcəyinə əmin olduğu halda, Tranpa münasibətdə keçilməz olduğunu bilir.

Bəzi analitiklərin fikrincə isə, Putin Trampı aldadaraq, ancaq bu inandırıcı deyil. Əminlik ondadır ki, Qərb - Rusiya qarşıdurmasından, Ukraynada müharibədən ABŞ ən uduşlu tərəfdir və Rusiya üzərində Ukrayna müharibəsi ilə strateji qələbəsini qazanıb. Rusiya isə fiziki qələbə. Ancaq Rusiyanın hərbi məğlubiyyəti mümkünsüz olduğu kimi də, onun sərhədləri daxilində qalacağı da mümkünsüzdür. Rusiya həmişə daxili prosesləri nəticəsində xarici qüvvələrə siyasi qələbə qazandırıb. Tarix isə təkrarlanma qanundan çıxa bilməz.

Vüqar Dadaşov
Xəbəri paylaş