
Azərbaycan və NATO arasında 2025-ci il üçün əməkdaşlıq perspektivləri müzakirə edilib.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə "X"də yazıb.
"Alyansın siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə baş katibinin müavini Boris Ruqe ilə görüşmək xoş oldu. Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı ilə bağlı səmərəli müzakirələr, eləcə də 2025-ci il üçün əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq", - diplomat bildirib.
Mehman Mehdiyev