Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hikmət Hacıyev İran prezidenti ilə görüşüb

Hikmət Hacıyev İran prezidenti ilə görüşüb


İran İslam Respublikasını Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı Səfirliyi “X”dəki hesabında məlumat yayıb.

H.Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb.

İran İslam Respublikasının Prezidenti salamlara, dəvətə görə təşəkkürünü bildirib və onun da səmimi salamlarını Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Mehman Mehdiyev
Xəbəri paylaş