
Türkiyə Respublikasındakı Azərbaycan səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Samir Abbasov Türkiyə Diyanet Fondunun İslam mədəniyyəti və incəsənət şöbəsinin proqram rəhbərləri Məryəm Dalgıç və Semahat Özgençini qəbul edib.
Newscenter.az Mərkəzə istinadən bildirir ki, görüş zamanı erməni işğalı nəticəsində dağıdılmış ümumi dəyərlərimiz, milli mədəniyyətimiz və dini abidələrimizlə bağlı birgə tədbirlərin həyata keçirilməsi müzakirə edilib.
Söhbət zamanı həmçinin mayın 7-11-də Ankarada keçiriləcək Beynəlxalq İslam Mədəniyyəti və İncəsənət Sərgisində Azərbaycan milli xalçaları, miniatür və ağac oyma mütəxəssislərinin əl işlərindən ibarət Azərbaycan stendinin quraşdırılması ətrafında da fikir mübadiləsi aparılıb.
Tərəflər bu istiqamətdə birgə çalışmağa razılıq veriblər.
Süleyman