Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan Yaponiya ilə tələbə mübadiləsi həyata keçirəcək

Özbəkistan Yaponiya ilə tələbə mübadiləsi həyata keçirəcək


Özbəkistan Yaponiya ilə tələbə mübadiləsi həyata keçirəcək.

Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, bu məqsədlə Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyində Yaponiyanın “Sugi Holdings” şirkətinin prezidenti Katsunori Sugiura ilə görüş keçirilib.

Söhbət zamanı təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusilə iki ölkənin aparıcı universitetləri arasında təcrübə və tələbə mübadiləsi proqramlarının genişləndirilməsi müzakirə olunub.

Görüşdə təhsil sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. Xüsusilə Yaponiyanın Kibi Beynəlxalq Universitetinin imkanları nəzərdən keçirilib.

Təhsil sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, rəqabətqabiliyyətli kadrların hazırlanması, gənclərin beynəlxalq standartlar əsasında təhsil alması üçün imkanların yaradılması istiqamətində razılaşmalar əldə olunub.

Süleyman
Xəbəri paylaş