Impera

XƏBƏR LENTİ
19:12Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib18:43Gündüz İsmayılov: “Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib”18:26Rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib18:01Komitə sədri vətəndaşları qəbul edib17:44Son iki ildə ölkədən tranzit keçməklə Avropaya aparılan 2 tona yaxın narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb17:30Azərbaycan şərabları Beynəlxalq Şərab Sərgisində nümayiş etdiriləcək17:20Dövlət Gömrük Komitəsinin sədri BP şirkətinin nümayəndə heyəti ilə görüşüb17:10Qida məhsullarında antibiotik təhlükəsi16:48Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ16:40Prezident Avtomobil Yolları Dövlət Agentliyinə 5 milyon manat ayırdı16:31Zaqatalada “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə olunub16:15Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib16:09Novruz Məmmədov yeni vəzifəyə təyin olunub15:55Bakı-Şamaxı-Yevlax avtomobil yolunda çat yaranıb15:45Paytaxt məktəbliləri beynəlxalq yarışlardan qalibiyyətlə qayıdıblar15:30Quşçuluqda innovativ yanaşma mövzusunda elmi-praktik seminar keçirilib15:13Qətərin Ermənistan sevgisi nədən irəli gəlir?15:05Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri aparılır14:49Miqrasiya Könüllüsü İctimai Birliyi ilə Azərbaycan Tibb Universiteti arasında anlaşma memorandumu imzalanıb14:37Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub14:20Azərbaycanda 3 milyon dolları təyinatı üzrə istifadə etməyən vəzifəli şəxs ifşa edilib13:50Prezident sakinlərlə söhbət edib, onlarla selfi çəkdirib13:35Həbsdən çıxan müxalifətçi özü mindən artıq Azərbaycan məhkəməsinin qərarlarını pozub13:16Sabah hava yağışlı olacaq12:54Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri işdən çıxarılıb12:47Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişikliyi olub12:39“Dayanıqlı inkişaf məqsədləri (DİM) və Biznes mühiti” mövzusunda konfrans keçiriləcək12:19Azərbaycan tədricən köhnə kartof idxal etməyəcək12:16Bakı birinciliyi uğrunda mübarizə davam edir11:50Fiziki tərbiyə müəllimləri üçün təlimlər keçirilir11:40Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib11:36Prezident “28 May” stansiyasının qarşısında sakinlərlə görüşdü11:25Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq11:13Bakıda evlərdən oğurluq edən qadın saxlanılıb11:00Kənd Təsərrüfatı Nazirliyi Göygöldə heyvandarlıq kompleksinin tikintisinə 13 milyon manat xərcləyəcək10:43Eyni mənzildən 3 dəfə oğurluq edildi10:31“Məktəb seminarları” başa çatıb10:11Şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədi ilə monitorinqlərə başlanılıb09:34Türkiyə mətbuatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən yazdı09:10Düşmən snayperlərdən mövqelərimizi atəşə tutub23:15Bakı-Sabunçu istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılacaq23:02İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb22:29Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək19:30Sumqayıt səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb-VIDEO18:31Bu həftə 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək17:20Tovuzda “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib16:50Prezident İlham Əliyev: "Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir"16:36Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə olunub16:20Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib15:58Metropolitençilər üçün turizm zonasına tur təşkil edilib15:48Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb15:40Tofiq Yaqublu azadlığa çıxıb15:03Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Harvard Universitetinin rəsmi saytında məqaləsi dərc edilib14:45Təhsil naziri Yevlaxda vətəndaşları qəbul edəcək14:22Abşeronda evdən 53 500 manatlıq oğurluq edilib13:55Azərbaycan voleybolunun veteranı və ilk voleybol meneceri13:43AFAQ layihəsi çərçivəsində regionlarda qadın fermerlərlə görüşlər keçirilir13:31Sabah hava necə olacaq?13:18Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb13:01Müsavat Partiyasını alverçilərdən təmizləmək lazımdır12:52“Azərenerji” gənc və perspektivli kadrların yolunu açır12:40Bu ilin 10 ayında Azərbaycan iqtisadiyyatına 11 milyard manatdan çox investisiya qoyulub12:02Təhsil müəssisələrində Milli Dirçəliş Günü qeyd edilib11:50"Loqos"un təmsilçisi beynəlxalq festivalda iştirak edib11:38Kəmaləddin Heydərovun biznesində ciddi axsamalar yarandı — Bosniyada işlər yarımçıq qaldı11:27“Məktəb seminarları” davam edir11:18Keçən ay 9 mindən çox yeni abonent qeydə alınıb10:59Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib10:45Bu ilin 10 ayı ərzində 1559,8 km uzunluqda müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib10:25Avtomobil qəzası zamani Qazax şəhərinin mərkəzindəki qaz xətti qırılıb10:00Xaçmazda 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır09:35Atəşkəs rejimi 25 dəfə pozulub09:00İranda baş verəcək istənilən proses Azərbaycana təsirsiz ötüşməyəcək16:21Yeni icra hakimiyyəti başçısından anoloqu olmayan kadr islahatı15:45İndiyədək 26197 fermer əkdikləri məhsul barədə məlumatı EKTİS-ə daxil ediblər14:01Fizuli Məmmədovdan bayram təbriki: "Azərbaycanın müstəqilliyi əbədi, müstəqil Azərbaycan dövləti güclü və firavan olsun”13:32Hava limanı yolunda dəhşətli qəza-ölən və yaralananlar var13:10Tərtərin icra hakimiyyəti başçısının başı dərddə... - Barəsində video yayıldı + VİDEO13:00Sabah bəzi ərazilərdə yağış, sulu qar yağacaq12:39Bir siyasi partiyanın "mühacir biznesi" (insan alveri) ilə məşğul olması nəinki mənəvi, eyni zamanda siyasi rüsvayçılıqdır12:092020-ci ildə Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin azaldılmasına dair saziş imzalana bilər11:48"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edib11:20“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri Quba, Qusar və Xaçmazda fermerlərlə görüşüb10:34Naxçıvan Qarnizonu ilə ərazidə keçirilən çoxpilləli komanda-qərargah təlimi başa çatıb - VİDEO10:00Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızı Milli Dirçəliş Günü münasibətilə təbrik edib09:20Atəşkəs rejimi 23 dəfə pozulub09:02Rusiya Azərbaycanlıları İttifaqının Mübariz döyüşçü idman klubunu hüquqi şəxs olaraq qeydiyyatdan keçdi08:35Azərbaycanda Milli Dirçəliş Günüdür18:50Lerikin daha 3 kəndinə qaz verildi18:27Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Balakən rayonunda vətəndaşlarla görüşüb17:52Bu erməni lobbisinə vurulan ciddi zərbə idi17:44Əməliyyat təliminin son mərhələsi keçirilib - VİDEO17:27BŞTİ müdiri vətəndaşları qəbul edib17:10Prezident zəlzələnin fəsadlarının aradan qaldırılmasına 6 milyon manat ayırdı16:58“Mastercard”la bir toxunuşla ödəniş edin16:33İrandan Azərbaycana daxili orqanında narkotik vasitə və psixotrop maddə gətirmək istədi16:11Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır15:45Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib15:26Azərbaycanla Fransa arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə olunub15:19"Sirab"a qarşı kampaniyanın arxasında kimlər durur?
BÜTÜN XƏBƏRLƏR
Kasım 2019 (376)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)

«    Aralık 2018    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“AGTECH AND GREEN ENERGY” beynəlxalq forumunun açılış mərasimi keçirilib

10 Dekabr 2018, 17:55   
“AGTECH AND GREEN ENERGY” beynəlxalq forumunun açılış mərasimi keçirilib


Newscenter.az.10.12.2018. ADA Universitetində “Agtech and Green Energy” beynəlxalq forumu keçirilir. ADA Universiteti, Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən forum “Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında baş tutub.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyinin informasiya təminatı şöbəsindən daxil olan məlumata görə, forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva, dövlət qurumlarının rəsmiləri, fermer təsərrüfatlarının rəhbərləri, yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startap və texnoloji şirkətlərin nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak ediblər.

Forumda açılış nitqi ilə çıxış edən ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev tədbirə 16 ölkədən 41 mütəxəssisin qatıldığını bildirib. O qeyd edib ki, aqrar texnologiyaların inkişafı zamanın tələbidir və Azərbaycan bu texnologiyaları inkişaf etdirməklə bəşəriyyətin üzləşdiyi qlobal problemlərin həllinə öz töhfəsini vermiş olur: “Hazırda yaşıl enerji və bu sahənin inkişafı üçün texnologiyalar dünyada geniş yayılıb. ADA Universiteti də bu sahəni diqqətdə saxlayır. Universitetin mövcud kampusu yaşıl və smart texnologiyası əsasında qurulub. Ümumilikdə, 50 faiz enerji bu mənbələrdən, xüsusilə geotermal enerji mənbələrindən əldə edilir. Hazırda ADA Universitetində yeni binalar da inşa olunur. Bütün bu texnologiyaların tətbiqi burada təhsil alan tələbələrin təcrübə və biliklərinin artırılmasına öz təsirini göstərir".

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov deyib ki, bu gün dünyada əhalinin ərzaq məhsulları ilə təmin edilməsi ən önəmli məsələlərdən birinə çevrilib. Demoqrafik və ekoloji faktorlar insanların keyfiyyətli qida ilə təmin olunmasını getdikcə çətinləşdirir. FAO-nun son proqnozlarına görə, 2050-ci ildə dünyada əhalinin sayı təxminən 9,3 milyard nəfərə çatacaq. Bu o deməkdir ki, 30 il sonra əhalinin qidaya tələbatını ödəmək üçün ümumi ərzaq istehsalı 70 faiz artırılmalıdır.

Nazir əlavə edib ki, aqrar sahəni iqtisadiyyatın prioritet sahəsi kimi müəyyən edən Cənab Prezident ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tapşırıqlar müəyyənləşdirmişdir. Bu tapşırıqlar mövcud resurslardan səmərəli istifadə etmək, məhsuldarlığı artırmaq, ətraf mühitin qorunmasını təmin etməkdən ibarətdir. Dövlətin göstərdiyi diqqət nəticəsində qarşıya qoyulan vəzifələrin icrası istiqamətində uğurlu nəticələrin əldə olunduğunu deyən nazir Azərbaycanda əhalinin ərzaqla özünü təminetmə səviyyəsinin yüksəldiyini bildirib. Müasir innovasiyaların tətbiqi ilə bu göstəriciləri daha da yüksəltmək mümkün olacaq: “Çünki innovasiyaların tətbiqi ilə torpaqdan daha çox məhsul götürür, ekosistemi qoruyur, daha keyfiyyətli qida əldə etmiş oluruq. Araşdırmalara görə, İnnovasiyaların tətbiqi nəticəsində istehsalat xərcləri 20-30% azalır ki, bu da istehsal olunan məhsulun maya dəyərinin 50%-dək ucuzlaşması deməkdir”.

İnam Kərimov forumun keçirilməsinə verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA Ictimai Birliyinin rəhbəri Leyla xanım Əliyevaya, ADA Universitetinin rəhbərliyinə, beynəlxalq təşkilatlara, xarici və yerli tərəfdaşlara təşəkkür edib: “Bu tədbir eyni zamanda təcrübə mübadiləsi aparmaq üçün yeni platforma rolunu oynayır. Hesab edirik ki, Azərbaycan aqrar sahədə innovasiyaların daha çox tətbiq olunduğu lider ölkələrdən birinə çevriləcək”.

Tədbirdə çıxış edən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli deyib ki, ölkəsi aqrar sahədə tətbiq etdiyi yenilikləri Azərbaycanla bölüşməyə hazırdır: “Bu istiqamətdə Azərbaycanla fikir mübadiləsi aparmaq iki ölkənin əməkdaşlığının inkişafina töhfə verəcək. Türkiyə kənd təsərrüfatının inkişaf etmiş sahələrində tətbiq etdiyi üsulları, texnoloji yenilikləri Azərbaycanla bölüşməyə hazırdır”.

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov bildirib ki, aqrar sektor dayanıqlı inkişafın təmin olunmasında və iqtisadiyyatın şaxələndirilməsində xüsusi rol oynayır: “Aqrar siyasətin başlıca vəzifəsi effektivlik meyarlarının və ekoloji tələbləri səmərəli şəkildə uzlaşdırmaqdan ibarətdir. Hazırda ölkədə kənd təsərrüfatının inkişafına yönəlmiş sistemli və kompleks tədbirlər görülür. Bu sahənin inkişafı üçün strateji məqsədlər, vəzifələr və hədəflər müəyyən olunub. Aqrar sektor Azərbaycanda prioritet sahə elan edilib. Çünki o dayanıqlı inkişafın təmin olunmasında, iqtisadiyyatın şaxələndirilməsində və yoxsulluğun azaldılmasında xüsusi rol oynayır. Bugünkü forum da aqrar innovasiyaların tətbiqi ilə bağlı məsələlərin səmərəli müzakirəsinə və təcrübə mübadiləsinə öz töhfəsini verəcək".

Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, Azərbaycanda 25 meqavatlıq külək, günəş və bioenerji mənbələri üzrə stansiyaların istifadəyə verilməsi nəzərdə tutulur: “Hazırda ölkənin ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payı təxminən 18 faizdir. Lakin Azərbaycanda bərpaolunan enerji mənbələrinin potensialı böyükdür. Təxminən 25 meqavatlıq külək, günəş və bioenerji mənbələri üzrə stansiyaların istifadəyə verilməsi planlaşdırılır. Bərpaolunan enerji mənbələrinin ümumi enerji balansındakı payının artırılması və enerji səmərəliliyi istiqamətində kompleks tədbirlər həyata keçirilir".

Forumun açılış mərasimində çıxış edən digər natiqlər aqrar texnologiyalar və yaşıl enerjinin tətbiqinin iqtisadiyyata verəcəyi töhfə barədə fikirlərini bölüşüblər.

Forum işini davam etdirir.

Qeyd edək ki, “Agtech and Green Energy” beynəlxalq forumunun əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.

Tədbirdə ABŞ, Türkiyə, İsrail, Rusiya, Niderland, Ukrayna və bir çox ölkələrdən sahibkarlar, vençur kapitalistlər, elm xadimləri, aparıcı texnologiya şirkətlərinin nümayəndələrinin çıxışları nəzərdə tutulur.

Dünyanın 15-ə yaxın ölkəsindən 40-dək xarici mütəxəssisi bir araya toplayan forum “Energetika və aqrar texnologiyaların gələcəyi”, “Aqrar və yaşıl enerji üçün texnologiyalar”, “Aqrar və energetika texnologiyaları üzrə Akademiya”, “Siyasətin təsiri”, “Yeni innovativ ekosistemlər”, “Fermerlər üçün seksiya”, “Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası”, “Aqrar sahə və energetika üçün biznes: Green Energy sessiyası”, “Startap və innovasiya ekosistemi seminarı” panelləri üzrə keçiriləcək.
Orxan
OXŞAR MÖVZULAR