Impera

XƏBƏR LENTİ
13:53Sabah hava necə olacaq?13:29Məhdudiyyətlər deputatların avtomobillərinə şamil edilməyəcək13:16Aralıq dənizində yanan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib13:06Xeyirxahlıq missiyası12:54Xanlar Vəliyev yenidən Hərbi prokuror vəzifəsinə təyin edilib12:47Motoatıcı bölmələrdə atəş hazırlığı üzrə məşğələlər keçirilir - VİDEO12:395G ölüm texnologiyasıdırmı?12:18Paytaxtda silahlı şəxs saxlanılıb12:05Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır11:51Əli Əsədov: "Koronavirus sınağından üzüağ çıxacağıq"11:45Bakıda gizli şəkildə fəliyyət göstərən kafe aşkarlandı11:37“Gəlin bir bayraq altında birləşək” aksiyasına ADY də qoşulub-VIDEO11:14Spiker: "Azərbaycan koronavirusla mübarizənin ön sıralarında dayanır"10:55Samux rayonunda 39.5 km-lik yerli əhəmiyyətli yol yenidən qurulur10:32Gürcüstanda koronavirusa yoluxanların sayı 214-ə çatdı10:09“Azərpoçt” MMC vətəndaşlara səyyar xidmət göstərir09:47Karantini pozduğuna görə 1 445 sürücü inzibati məsuliyyətə cəlb edilib09:35Düşmən müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:00Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri ötdü08:44"Vişeqrad qrupu" Azərbaycana maliyyə yardımı ayıracaq08:40Koronavirusdan ən çox bu ölkələr itki verir - SİYAHI08:30“Eurovision Planet Magazine”: Azərbaycan yarışmanın qalibi olacaq - VİDEO23:41Prezident oğlu koronavirusa yoluxdu23:11TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı22:48Dünyada koronavirus qurbanlarının sayı 79 min nəfəri ötdü22:20Türkiyədə koronavirusdan ölənlərin sayı 800-ü ötdü21:55İqtisadiyyat Nazirliyi: “Ərzaq çatışmazlığından söhbət gedə bilməz”21:33Ağdamda ehtiyacı olan ailələrə ərzaq yardımı təqdim edilib.-FOTOLAR20:23AVP sədrinin müavini bir neçə aztəminatlı ailəyə ərzaq tardımı etdi-FOTOLAR-VİDEO20:00Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq19:48Qarabağımızın acı taleyində vaxtilə "iblis" rolunu oynayan Levon Ter-Petrosyan19:31Azərbaycanda dini cəhətdən vəziyyət ürək açan deyil19:20Vaxtı bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti uzadıldı19:08Azərbaycanda koronavirusa yoluxanlardan 37-sinin durumu ağırdır18:55Modul tipli xəstəxanaların qurulmasına başlanılıb18:45Ölkəmizdə karantin rejiminə baxmayaraq ictimai nəqliyyatda vətəndaşlar əvvəlki qaydada daşınır18:40Azərbaycanda koronavirusa yoluxma riski böyük olan ərazilər bunlardır18:36Azərbaycanda 3 aylıq ərzaq ehtiyatı var18:30BMU-da dərslərin 86 %-i onlayn formada təşkil edilib18:17Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzinə 22320 zəng daxil olub18:10Ramin Bayramlı: "Ölkədə qan ehtiyatı var, amma donor sayında azalma müşahidə olunur"18:05Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 751 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunur17:55Keçən ay Azərbaycanda gündəlik 763,9 min barrel neft hasil edib17:44Azərbaycanda 5 milyon maska ehtiyatı yaradılıb17:40Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa, vəziyyət pisləşəcək17:36Son sutka ərzində karantin qaydalarını pozan şəxslər barədə 3 073 inzibati tədbir görülüb17:33Azərbaycanda 53 mindən çox koronavirus testi aparılıb17:20Azərbaycanda 822 nəfər koronavirusa yoluxub17:06Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb16:57Millət vəkili Könül Nurullayeva qanvermə aksiyasına başlayır16:34Aqrar Kredit və İnkişaf Agentliyinə yeni səlahiyyət verilib16:24İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi16:18Tank heyətlərinin döyüş hazırlığı yoxlanılır - VİDEO15:50Dövlət Agentliyinin səlahiyyətləri artırıldı15:44Şamaxıda karantini pozan şəxslər cərimələndi15:38Aztəminatlı ailələrə ərzaq yardımı göstərilib15:29Azərbaycana iyuladək yarış keçirməmək tövsiyə olundu15:15“Evdə qalaq, bilgi alaq” adlı onlayn psixoloji dəstək layihəsinə start verilir15:03Azərbaycan - Ermənistan qarşılaşması ləğv olundu15:00Samuxda 15 subartezian quyusu qazılacaq14:45Pandemiya Azərbaycanın dəmir yolu ilə yük daşımalarına təsir etməyib14:24Karantin rejimində icazə üçün saxta arayış satan jurnalistlər saxlanıldı13:47Sona Əliyeva: "“Dövlətimiz bizim qeydimizə bizdən daha yaxşı qalır”13:29Onlayn yolla narkotik satan şəxs saxlanıldı- VİDEO13:18Türk Ticarət və Sənaye Palatasının (TCCI) təşəbbüsü ilə COVID-19 pandemiyası ilə mübarizə mövzusunda video-konfrans keçirilib13:14Azərbaycan Ordusunda snayperlərin hazırlığı yoxlanılır13:00Sabah hava yağışlı olacaq12:40Qarabağda koronavirus aşkarlanan kənd karantinə alındı12:32Azərbaycanda humanizm prinsipləri dövlət siyasətinin təməlində dayanır12:12Pandemiya dövründə işsiz şəxslərə dəstək olmaq məqsədi ilə şimal zonasında 700 nəfərə yaxın yerli əhali işlə təmin olunacaq11:59Cari ilin birinci rübündə elektrik enerjisinin istehsalı 175,1 mln. kVt·st artıb11:31Onkoloji xəstələr koronavirusdan necə qorunmalıdır?11:17Millət vəkili: "Günün qəhrəmanları sırasında həkim və polislərlə yanaşı jurnalistlərin (KİV əməkdaşları) də əməyi mütləq qeyd olunmalıdır"11:0026 cinayətin üstü açılıb10:46TƏBİB koronavirusun qanla yoluxması məsələsinə aydınlıq gətirdi10:46Son 7 gün ərzində 8 514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olundu10:42Lerikdə müəllim həbs edildi10:34Dövlət Komitəsi kişiləri ev işlərini görməyə çağırdı10:25Karantin rejimini pozduqlarına görə avtomobildə olan 1 569 nəfər cərimələndi10:08Müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər davam etdirilir10:02Evdən çıxmaq icazəsi üçün 2 milyon 289 min SMS göndərilib09:49Gürcüstanda koronavirusa yoluxanların sayı 200-ü ötdü09:30İcazə sistemi ilə bağlı yeni funksiyalar yaradılıb09:15Düşmən 24 dəfə atəşkəs rejimini pozub09:00İsmayıllıda gündə 15 min maska istehsal olunur00:14Dünyada koronavirusa yoluxanların sayı 1,4 milyondan çoxdur23:29Kürdəmirdə karantin rejimini pozanlar həbs olundu22:23Koronavirus tərəfindən vurulan zərbəni Azərbaycanda ilk olaraq öz üzərinə götürən gömrükçülər və sərhədçilər oldu21:46Millət vəkili Arzu Nağıyev aztəminatlı, tənha yaşayan 50 ailəyə ərzaq yardımı edib21:33Regionlarda karantin rejimini pozanlar cərimələndi21:04Türkiyədə pandemiya qurbanlarının sayı 725 nəfərə yüksəldi20:46Nyu-Yorkda koronavirusdan ölənlərin sayı 5 479-a çatdı20:15Azərbaycan koronavirusla bağlı müayinələrin sayına görə dünyada liderlər sırasındadır19:39AzMİU-nun magistratura pilləsində də onlayn təhsilə start verilib19:16Azərbaycan Rusiyadan yeni nəsil SU-35 alır18:42Avropa İttifaqı koronavirusla mübarizəyə maliyyə dəstəyi ayırır18:26Astara gömrük postunun əməkdaşları aztəminatlı ailələrə ərzaq yardımı ediblər18:10Ölkəmizdə tibbi maska istehsalına başlamasının özü Cənab Prezidentin də, vurğuladığı kimi əlamətdar hadisədir18:00Dövlət Komitəsində növbəti videoqəbul keçirilib17:47Koronavirusla bağlı modul tipli 6 xəstəxana quraşdırılır
BÜTÜN XƏBƏRLƏR
Nisan 2020 (460)
Mart 2020 (1234)
Şubat 2020 (624)
Ocak 2020 (9)
Aralık 2019 (384)
Kasım 2019 (731)

«    Aralık 2018    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycan-Rusiya Dövlət Komissiyasının iclası keçirilib

14 Dekabr 2018, 18:33   
Azərbaycan-Rusiya Dövlət Komissiyasının iclası keçirilib


Newscenter.az.14.12.2018. Dekabrın 14-də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclası keçirilib. İclasda Dövlət Komissiyasının həmsədrləri – Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevin və Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Newscenter.az-a İqtisadiyyat Nazirliyindən bildirilib ki, komissiyanın iclasından əvvəl İqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın İqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşüb. Görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Sonra Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclası öz işinə başlayıb.
İclasda İqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm gətirir. Azərbaycan Respublikasının Prezidentinin bu ilin sentyabrında Rusiyaya səfəri zamanı 16 sənəd imzalanıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu ilin sentyabrında ölkəmizdə səfərdə olub və bu səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib.

Ticarət və qarşılıqlı investisiya qoyuluşlarının Azərbaycan-Rusiya əlaqələrinin mühüm istiqamətlərindən olduğunu qeyd edən nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox, Rusiya isə Azərbaycana 4,2 mlrd. dollardan artıq investisiya qoyub. Azərbaycan Rusiyanın Şimali Qafqaz regionunda əsas investorlardan sayılır. Yessentukidə “İstoçnik” sanatoriya-turizm mərkəzi, Krasnodarda meyvə-tərəvəz konservləri istehsalı zavodu, Jeleznovodskda və Kislovodskda sanatoriya-mehmanxana kompleksinin tikintisi və digər layihələr Rusiyada Azərbaycan şirkətləri tərəfindən reallaşdırılan uğurlu layihələrdəndir. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin reallaşdırılması qarşılıqlı investisiya qoyuluşu sahəsində önəmli layihələrdən sayılır.

Azərbaycanda təqribən 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edirlər.

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə edilir. Rusiya idxala görə Azərbaycanın əsas tərəfdaşdır, qeyri-neft məhsullarımızın ixracı üzrə isə birinci yerdədir. Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında fəaliyyətə başlayıb. Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində yaradılan Azərbaycan pavilyonu iqtisadi-ticarət əlaqələrinin inkişafına əhəmiyyətli töhfələrdir. İxracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Rusiyaya ixrac missiyaları təşkil edilir, Azərbaycan şirkətləri Rusiyada keçirilmiş önəmli sərgilərdə vahid ölkə stendi ilə təmsil olunur. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədilə Azərbaycan istehsalı olan aksizli malların ixracı üçün Azərbaycan-Rusiya sərhədində xüsusi gömrük postunun yaradılması istiqamətində işlər aparılır.
Nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, bu ilin mayında Həştərxanda Heydər Əliyev Fondunun dəstəyi ilə açılmış Azərbaycan İş Mərkəzi iqtisadi əlaqələrin genişlənməsində xüsusi əhəmiyyətə malikdir. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları iş adamları arasında əməkdaşlığın inkişafında önəmli rol oynayır.

2019-cu ildə Azərbaycanın Moskvada 2 şərab evinin açılması nəzərdə tutulur. Növbəti mərhələdə Rusiyanın Yekaterinburq və Sankt-Peterburq şəhərlərində də Azərbaycan Şərab evlərinin açılması nəzərdə tutulur.
Nəqliyyat və tranzit yükdaşımaları sahəsinin ikitərəfli əməkdaşlığın uğurlu istiqamətlərindən olduğunu qeyd edən nazir Şahin Mustafayev Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılan mühüm layihələrdən olduğunu, nəqliyyat dəhlizi vasitəsilə əvvəlki illə müqayisədə 100 dəfə çox yük daşındığını bildirib, Rusiya ilə birgə həyata keçirilən Samur sərhəd çayı üzərindən körpünün tikintisinin davam etdiyini diqqətə çatdırıb.
Nazir Şahin Mustafayev energetika, kənd təsərrüfatı, nəqliyyat, kiçik və orta sahibkarlıq, turizm, təhsil və digər sahələrdə də Azərbaycan-Rusiya əməkdaşlığına dair məlumat verib, Rusiya-Azərbaycan-İran enerji sistemlərinin birləşdirilməsinin əhəmiyyətini qeyd edib.

Bu ilin 9 ayında Azərbaycana gələn Rusiyalı turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% artıb.
Təhsil sahəsində qarşılıqlı əməkdaşlıq uğurla inkişaf edir. Belə ki, Azərbaycanda M.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları, təhsilin rus dilində aparıldığı və ya rus bölməsinin olduğu məktəblər və ali təhsil müəssisələri fəaliyyət göstərir. Rusiyanın müxtəlif ali təhsil müəssisələrində 11 mindən çox azərbaycanlı tələbə təhsil alır.

Regionlararası münasibətlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin prioritet sahələrindən olduğunu vurğulayan nazir Şahin Mustafayev Azərbaycanın Rusiya Federasiyasının 80-ə yaxın federal subyekti ilə ticarət və iqtisadi əlaqələrinin olduğunu, Rusiya Federasiyasının təqribən 20 subyekti ilə ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında sazişlər imzalandığını bildirib.

Rusiya Federasiyasının İqtisadi inkişaf naziri, Dövlət Komissiyasının həmsədri Maksim Oreşkin Azərbaycan və Rusiyanın strateji tərəfdaşlar olduğunu, Azərbaycan və Rusiya prezidentlərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verdiklərini, yüksək səviyyəli intensiv qarşılıqlı səfərlərin bunun bariz nümunəsi olduğunu vurğulayıb. Rusiyanın İqtisadi inkişaf naziri 2018-ci ilin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından uğurlu olduğunu və Rusiya-Azərbaycan əməkdaşlığının daha da genişlənəcəyinə əminliyini bildirib. Maksim Oreşkin bir sıra sahələrdə, o cümlədən ticarət və investisiya sahəsində iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu qeyd edərək, 2019-cu ildə ölkələrimiz arasında həyata keçirilməsi razılaşdırılmış əməkdaşlıq sahələri üzrə işlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclası çərçivəsində müxtəlif sahələrdə Azərbaycan-Rusiya əməkdaşlığına, ölkələrimiz arasında birgə həyata keçirilən layihələrə, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb, nümayəndə heyətlərində təmsil olunan rəsmi şəxslərin çıxışları dinlənilib.
İclasın sonunda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev və Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkin imzalayıblar. İclas çərçivəsində müzakirə olunmuş məsələlərin və Komissiyanın gələcək fəaliyyət istiqamətlərinin əksini tapdığı sənəddə iqtisadi-ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat, İKT, turizm, humanitar, səhiyyə və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Dövlət Komissiyasının iclası çərçivəsində həmçinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “İşgüzar Rusiya” təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
OXŞAR MÖVZULAR