Impera

XƏBƏR LENTİ
12:16Bir olayın faş etdiyi şəbəkə - Aktyor prezidentə və hüquq-mühafizə orqanlarına müraciət etdi/VİDEO22:00Fizuli Məmmədov: "Azərbaycan dövləti şəraitdən asılı olmayaraq hər bir hərbiçisinin arxasındadır"09:52Rusiya Azərbaycanlıları İttifaqı Rusiya XİN və Mədəniyyət Nazirliyinə müraciət etdi10:01Diaspor təşkilatları prezidentə müraciət etdi19:28Düşmənin “ox”u kimə yönəlib?18:22Bu ilin 6 ayı ərzində 9801976 heyvanda qarayara xəstəliyinə qarşı peyvəndləmə işləri aparılıb18:13Xaçmazda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı tədbir keçirilib18:05Gəncədə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir17:50Zakir Həsənov Rusiyaya gedib17:38Nazirlikdən XƏBƏRDARLIQ-Güclü külək əsəcək, yağış yağacaq17:20Fazil Müstafadan fərqli olaraq millətimiz öz tarixinin sahibidir17:09Bu ərazidə rənglənmə işləri aparılacaq16:54Gilbet sindromu nədir?16:39Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin ediləcək16:31Vətənimiz həm iqtisadi, həm siyasi mənada sabitlik adasıdır16:23BDU-nun məzunları Türkiyə universitetlərinə qəbul olunublar16:09Türkiyədə sərnişin avtobusu yanıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb15:48"Mən Mübariz Qurbanoğlu, onların da gəmilərini əllərindən alacağam"15:25BDU-nun “Gənc istedadlar” liseyinin altı məzunu qızıl, bir məzunu isə gümüş medala layiq görülüb15:00Məmməd Əmin Rəsulzadə adlı gəmi ilk səfərinə başlayır14:41“Azəriqaz” rəhbərliyi vətəndaşları qəbul edib14:18Fizuli Məmmədov Azərbaycan diasporunu zirzəmilərdən beşulduzlu otellərə necə çıxardı?14:00Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək13:44Paytaxtda zəncirvari qəza13:25Xızıda vətəndaşların qəbulu keçirilib13:00Bəzi turizm şirkətlərinin keyfiyyətsiz və məsulliyətsiz fəaliyyətləri ilə bağlı şikayətlərin sayı artır12:50Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən alkoqolsuz içki sexi aşkarlanıb12:16Bakıda lombarda basqın olub12:00Partiya sədri: "Heydər Əliyev haqqında fikir yürütmək Çöhrəqanlının başı üçün deyil"11:40Şirkət tərəfindən istehsal olunan bal məhsullarının ticarət şəbəkəsində satışı ilə bağlı çətinlik KOBİA-nın dəstəyiilə həll edilib10:45Müdafiə nazirinin müavini bölmələrin qış mövsümünə hazırlığını yoxlayıb10:40İyul ayında BŞTİ-yə 6 119 müraciət daxil olub10:00Cəbhəboyu zonada yerləşən hərbi hissələrdə təlim-metodiki məşğələlər keçirilib09:54Cari ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 10 698,3 milyon manat təşkil edib09:40Paytaxtın 2 rayonunun qaz təchizatı dayandırılacaq09:35Bu rayonlara qaz verilməyəcək09:24Cəbhədə atəşkəsin pozulması halları intensiv xarakter alır09:00BDU elan etdiyi müsabiqələrin vaxtını sentyabrın sonunadək uzatdı08:30Azərbaycanda xüsusi rabitə xidmətinin yaradılmasından 80 il ötür15:36Paytaxtın 22 yeni yaşayış massivi qazlaşdırılacaq15:21AKİA dövlət dəstəyi mexanizmini həyata keçirmək üçün Avropa İttifaqı ölkələrinin təcrübəsindən faydalanacaq14:43Tikinti şirkəti qaz xəttini zədələdi, 8 kənd qazsız qaldı14:13Aqrar Xidmlər Agentliyi yaylaqlarda səyyar baytar xidməti göstərir12:46Sabah hava necə olacaq?12:26AQTA-ya qida zəhərlənməsi ilə bağlı 41 müraciət daxil olub12:08Yardımlıda inkubator məntəqəsi və yem emalı müəssisəsi istifadəyə verilib11:45“Kaspersky Lab”biznesüçün “Kaspersky Security” xəttinifizikivə virtual mühitüçün universal həllilətamamladı11:32Gömrük orqanına düzgün bəyan olunmayan külli miqdarda mallar aşkar edilib-VİDEO11:04Respublikanın 2 rayonunda qaz təchizatı dayandırılır10:23Məzunlar qızıl və gümüş medala layiq görülüb10:14Xızının Giləzi–Xızı (28 km)–Tıxlı avtomobil yolu yenidən qurulur10:00Bu ilin 6 ayında kənd təsərrüfatında 13 faiz artım qeydə alınıb09:45Artan müraciətlər necə tənzimlənir?09:28Düşmən iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutub09:00“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsininə yeni rəis təyin edildi18:02"Nazir İnam Kərimovun fermerlərlə rahat kreslolarda, sərin otaqlarda deyil, əkin sahəsində görüşməsi....."17:52ASK-nın təmsil olunduğu Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqləndi17:12Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib17:00Dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək16:55Prezident bu şəxslərə fəxri adlar verdi-SİYAHI16:25Şimal zonasının vətəndaşlarının qəbulu keçirilib16:17Antisanitar şəraitdə fəaliyyət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb16:05Prezident STM əməkdaşlarını “”Cumhuriyyət medalı” ilə təltif etdi15:50AQTA əməkdaşları əkin sahələrində monitorinqlər həyata keçirib15:33Qırğızıstan prezidenti Azərbaycana gələcək15:13“Azəriqaz” işçilərin maaş ala bilmədikləri xəbərini təkzib etdi14:50Qaz təchizatı bərpa olundu14:01Türkiyədə fırıldaqçıların qurbanına çevrilmiş həmyerlilərimiz13:28Azərbaycanda bu günədək 3161692 ton taxıl yığılıb12:55Azərbaycanın hərbi aşpazları “Səhra mətbəxi” müsabiqəsinə hazırlıq keçirlər12:35100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb11:32Paytaxtın bir neçə rayonuna qaz təchizatı dayandırılacaq11:00Azərbaycanda azad medianı inkişaf etdirmək prioritet istiqamətdir10:50“Yay məktəbi”nin birinci mərhələsinə yekun vurulub10:27Rusiyada 4 azərbaycanlı diri-diri yandı10:00Bir neçə rayonda qaz təchizatı dayandırılıb09:30Düşmən snayperlərdən istifadəni intensivləşdirir09:13Bakı Gənclər Mərkəzində Xalqlar DOSTluğu tədbiri keçirilib09:00Qazaxıstan və İran nümayəndə heyətləri ilə görüşlər keçirilib08:19Cəbhə bölgəsində yaşayan uşaq və gənclər üçün yay istirahət düşərgəsi təşkil edilir14:26Özünü demokrat kimi göstərib, bolşevik təfəkkürü ilə düşünən müxalifətçilər yeni dövrə uyğunlaşmaq istəmirlər14:00"3 il ərzində icra başçısı Mehdi Səlimzadəyə iki milyon manat pul vermişəm"13:42Temperatur 40 dərəcəni keçəcək13:17“Türk Hava Yolları” 47 istiqamətdə endirim kampaniyasına start verir13:00Azərbaycan hərbiçiləri Belarusa gedib12:44Yekaterina Xlebnikova: “Bakıda poeziya axşamı keçirmək istəyirəm və inanıram ki, oxuculara ən yaxın və xoş duyğular bəxş edəcək qədər şanslı olacağam”12:24İlham Əliyev və Mehriban Əliyevadan paytaxtdakı qəzalı binalarla bağlı tapşırıq12:15Dünyada insan alveri qurbanlarının 72 faizini qadın və qızlar təşkil edir11:51Bu rayon və qəsəbələrə təbii qazın verilməsi dayandırılıb11:33Polis Bakıda əməliyyat keçirdi, silah və narkotik aşkarlandı11:01Əli Həsənov radikal müxalifətə niyə hücüm edir?10:51"Sədərək Yusif' indi də Kür çayını hasarlayır-FOTOLAR10:32Bayram günlərində 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi lazımi avadanlıqlar ilə təmin edilərək, vətəndaşların ixtiyarına veriləcək-VIDEO10:18Məktəblilər Beynəlxalq Kimya Olimpiadasından medalla qayıdıb10:00Göyçayda 7.5 km-lik yol IV texniki dərəcəyə uyğun təkmilləşdirilir09:31Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub18:20“Yaylaq Könüllü Düşərgəsi” layihəsinin açılış mərasimi baş tutub17:46Prezident yol tikintisinə 7,8 milyon manat ayırıb17:33Azərbaycanda ilk hibrid qarğıdalı toxumu istehsalına başlanılıb17:14“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə sonuncu görüş keçirilib
BÜTÜN XƏBƏRLƏR
Ağustos 2019 (56)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)
Nisan 2019 (647)
Mart 2019 (323)

«    Aralık 2018    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bu il 151 fermerə 10 milyon manat aqrar kredit verilib

18 Dekabr 2018, 15:43   
Bu il 151 fermerə  10 milyon manat aqrar kredit verilib


Newscenter.az.18.12.2018. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti 2018-ci ilin yekunu ilə bağlı mediaya hesabat verib. Dövlət Xidmətinin rəisi Mirzə Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və qarşıda duran planlar barədə jurnalistlərə təqdimat edib.

Newscenter.az-ın xəbərinə görə, Dövlət Xidmətinin rəisi bildirib ki, 2018-ci ildə 41 rayondan olan 151 fermerə 10 milyon manat məbləğində kredit verilib. Kredit ayrılan sahələr arasında heyvandarlıq (84) və bağçılıq (19) ilk yerləri tutub. Dövlət Xidmətinin kredit portfeli 10 bank, 11 bank olmayan kredit təşkilatı, 19 kredit ittifaqında yerləşdirilib.

Kənd təsərrüfatında rəqabət qabiliyyətinin artırılması üçün dəyər zəncirlərinin formalaşdırılması məqsədilə fermer və sahibkarların təklif etdikləri 17 layihə təsdiqlənib və onlardan 8-i ilə müqavilə imzalanıb. Dəyər zənciri layihələrinin başlıca seçim meyarları təsərrüfatlarda innovasiyaların tətbiqi və fermer-emalçı tərəfdaşlığının qurulmasıdır.

Baytarlıq xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə özəl baytarlıq xidmətlərinin təqdiminə hazırlıq üçün 6 rayonun – Zaqatala, Qax, Balakən, Şəki, Oğuz, Qəbələ rayonlarının baytar-həkimlərinə Dünya Bankı ilə birgə həyata keçirilən Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində təlim verilib. 194 baytar-həkimin qatıldığı təlim proqramına biznes və sahibkarlıq fəaliyyətinin təşkilinə, baytar həkimlərinin ixtisas sahəsində biliklərinin yenilənməsi məqsədilə, beynəlxalq təcrübələrə istinadən xəstəliklərə qarşı müasir mübarizə metodlarına və yeni nəsil dərman preparatlarına aid mövzular daxil edilib.

Heyvan sağlamlığı üzrə Dövlət Xidmətinin gördüyü vacib işlərdən biri brusellyoz xəstəliyinə qarşı mübarizədir. Xəstəliklə mübarizə məqsədilə peyvəndləmə aparan baytar həkimlər vaksinlərlə, əl soyuducuları ilə, geyim və təhlükəsizlik vasitələri ilə təchiz olunublar. 2018-ci il dekabrın 1-dək 401435 iribuynuzlu heyvan S19 vaksini ilə, 1477350 xırdabuynuzlu heyvan REV1 vaksini ilə peyvəndlənib. Aparılan planlı fəaliyyət nəticəsində 3-4 il ərzində bu ağır xəstəliyin Azərbaycanda aradan qaldırılması nəzərdə tutulub.

Dövlət Xidmətinin bitki sağlamlığı istiqamətində atdığı addımlar Azərbaycan üçün ilklər siyahısına düşüb. İlk dəfə olaraq, “Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərli orqanizmlər” Atlası hazırlanıb, çap edilib. Atlas istər elmi, istərsə də, praktiki istifadə üçün dəyərli bir mənbədir.

İlk dəfə olaraq, 3 bitki - kartof, qarğıdalı və meyvə bağları üzrə zərərvericilərə qarşı inteqrir mübarizə təlimləri keçirilib. Ümumilikdə, 30 təlimdə 900-dən artıq fermer və mütəxəssis iştirak edib.

2018-ci ildə son 20 ildə ilk dəfə olaraq, Azərbaycan Dövlət Aqrar Universitetində “Bitki mühafizəsi” ixtisasına tələbə qəbul edilib. Qəbul edilən 30 tələbənin hamısı dövlət sifarişi ilə təhsil alır. İxtisasın bakalavr pilləsi üçün kurrikulum Dövlət Xidmətinin dəstəyi ilə hazırlanıb. Hazırda magistr və doktorantura pillələri üçün kurrikulum hazırlığı üzərində iş gedir.

Dövlət Xidmətinin aqrar sahədə kadr hazırlığına verdiyi daha bir dəstək ADAU-da tədris-təcrübə məqsədli müasir tipli ferma kompleksinin tikintisidir. “Baytarlıq təbabəti” fakültəsinin tələbələrinin praktiki biliklərə yiyələnməsi məqsədilə ötən il təhvil verilmiş 20 başlıq tövlə ilə yanaşı, 2018-ci ildə 30 başlıq daha bir ferma tikilib. Kompleks yemdoğrayan avadanlıq, sağım aparatları ilə təchiz olunub, 20 baş cins inək alınıb. Bundan başqa, kompleksdə 4 Qarabağ atı alınıb və onlar üçün də tövlə var.

Azərbaycan Kənd İnvestisiyası Layihəsinin ikinci fazasını tamamlayan Dövlət Xidməti AzKİL çərçivəsində 2200-dən artıq kiçik infrastruktur və gəlir gətirən layihə icra edib kənd icmalarının istifadəsinə verib. Layihənin növbəti mərhələsinə hazırlıq olaraq, pilot kimi Qadın İnkişaf Qruplarının yaradılmasına başlanıb. Qadınların səlahiyyətləndirilməsini və öz bizneslərini qurmasını təşviq edən bu fəaliyyət nəticəsində 7 rayonda 151 qadını özündə birləşdirən 12 qadın qrupu yaradılıb. Bu qadın qruplarının öz bizneslərini yaratmalarına dəstək vermək üçün gənclərdən ibarət 7 biznes inkubator təsis edilib.

Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi çərçivəsində Ağdaş və Yevlax rayonlarında 125 kənddə 30 mindən yuxarı təsərrüfatın suvarma suyu ilə təmin edilməsi üçün ikinci və üçüncü dərəcəli xətlərin bərpası və tikintisi aparılıb.

Ümumiyyətlə, 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən 20 layihə idarə olunub. Bu layihələrin 13-ü icra olunmaqdadır, 7-sinin isə icrasına yaxın vaxtlarda başlanacaq.

“2018-ci il bizim üçün çox məşğul bir il oldu. Ümid edirik ki, qarşıdakı ildə kənd təsərrüfatı sahəsinə investisiyaların cəlb edilməsi istiqamətində fəaliyyətlərimiz müsbət nəticələr verəcək, planladığımız yeni layihələrimiz başlayacaq” – Mirzə Əliyev belə deyib.
Orxan
OXŞAR MÖVZULAR