Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir neçə yaşayış məntəqəsinə təbii qaz verilib

Daha bir neçə yaşayış məntəqəsinə təbii qaz verilib


Newscenter.az.24.12.2018. Dekabrın 24-də Zaqatala rayonunun Bəhmətli kəndinə ilk dəfə təbii qaz verilib. Newscenter.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, ümumilikdə 1030 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 41 min 306 metr müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı eləcə də paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Dekabrın 24-də həmçinin Xaçmaz rayonunun Hacıəlibəy kəndinə təbii qaz verilib. Mərasimdə bildirilib ki, 473 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 21 min 736 metr müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, hər bir evə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Xəbəri paylaş