Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclərin ll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçirilib

Gənclərin ll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçirilib


Newscenter.az.26.12.2018. Bakı İdman Sarayında Gənclər və İdman Nazirliyi tərəfindən "İdeya var!" gənclərin ll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçirilib. Newscenter.az-a GİN-in mətbuat katibliyindən bildirilib ki, müsabiqənin məqsədi gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, onları tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir.

Müsabiqədə 14-29 yaşlı Azərbaycan Respublikasının vətəndaşları fərdi və ya müəllif qrupu kimi iştirak ediblər. Müsabiqə 4 nominasiya üzrə aparılıb.

Ümumi mükafat fondu 4 min manat olan müsabiqədə hər nominasiya üzrə 1-ci yerin qalibi 500 manat, 2-ci yerin sahibi 300 manat, 3-cü yerə layiq görülən isə 200 manat məbləğində mükafatla təltif edilib.
Xəbəri paylaş