Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş tədbir keçirilib

AzTU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş tədbir keçirilib


Newscenter.az.27.12.2018. Azərbaycan Texniki Universitetində (AzTU) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə möhtəşəm bayram tədbiri keçirilib. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov çıxış edərək, həmrəylik gününün tarixindən və əhəmiyyətindən danışıb. Rektor əvəzi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni il münasibətilə professor-müəllim heyətini, tələbələri təbrik edib.

Tədbirdə universitetin ictimai işlərində fəal iştirak edən tələbələrə AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT) və Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzi (GVİİM) tərəfindən Fəxri Fərman, Diplom və Təşəkkürnamə təqdim olunub.

Daha sonra tələbələrin hazırladığı maraqlı bayram konserti nümayiş olunu
Xəbəri paylaş