Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azəraqrar Dövlət İstehsalat və Emal Birliyinə təyinat olub

Azəraqrar Dövlət İstehsalat və Emal Birliyinə təyinat olub


Newscenter.az.7.01.2019
. Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib. “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə yaradılıb.

Qurumun tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 26 MMC daxildir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a məlumatı təsdiqləyiblər.
Xəbəri paylaş