Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİİ-də “Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans olacaq

Aİİ-də “Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans olacaq


Newscenter.az.23.01.2019. Yanvarın 30-da Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ali tədris müəssisəsi və Türkiyə Respublikası Kırıkkale Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans təşkil olunacaq. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, konfransda Azərbaycan və Türkiyədə din təhsili sahəsində elmi tədqiqatlar aparan alimlərin iştirakı nəzərdə tutulub.

Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Azərbaycanda din təhsili: mövcud vəziyyət və perspektivlər”; İnstitutun Dinşünaslıq kafedrasının müdiri, dos. Elnurə Əzizova “Azərbaycanın ibtidai və orta məktəblərində Həyat bilgisi fənninin tədrisi – islam dini kontekstində”; Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekan dr. Adem Yıldırım “İslam hüququnun tədrisinin aktual problemləri”; Kırıkkale Universiteti İslam elmləri fakültəsi Dinşünaslıq kafedrasının müəllimi dr. Muhammet Ali Yazıbaş “Cümhuriyyət dövründə Türkiyə ali məktəblərində din təhsili”; Kırıkkale Universiteti İslam elmləri fakültəsinin İslamşünaslıq kafedrasının müəllimi dos. Şahin Əhmədoğlu “Məzhəblər tarixi fənninin tədrisinin aktual məsələləri” mövzusunda məruzələrlə çıxış edəcəklər.

Konfransda hər iki ölkənin din təhsili sahəsinin müxtəlif aspektləri müzakirə ediləcək. Məruzlərdən sonra, mövzular ətrafında diskussiyaların aparılması nəzərdə tutulub.
Xəbəri paylaş