Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİİ-də valideynlər imtahan prosesini izləyiblər

Aİİ-də valideynlər imtahan prosesini izləyiblər


Newscenter.az.25.01.2019. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının payız semestri davam edir. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, bu məqsədlə yanvarın 25-də İnstitutda təhsil alan tələbələrin valideynləri və İctimai Şuranın üzvləri imtahan prosesinin gedişatını izləyiblər.

Aİİ rektoru Ceyhun Məmmədov valideynlərlə görüşündə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını qeyd edib. Aİİ rektoru gənc nəslin sağlam ruhda yetişməsi, yüksək dünya standartlarına uyğun təhsillə təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahəyə xüsusi qayğı göstərdiyini vurğulayıb.

İnstitut rəhbəri Ceyhun Məmmədov diqqətə çatdırıb ki, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, şikayətlərin qısa müddətdə araşdırılıb, müvafiq qərarların qəbul edilməsi üçün operativ qərargah və apelyasiya komissiyası yaradılıb. Həmçinin, sessiyanın normativ sənədlərə uyğun və qərəzsiz keçirildiyi,imtahan prosesində yarana biləcəkhər hansı problem ilə bağlı tələbəninbirbaşa rektora müraciət edə bilməsi üçün lazımi şəraitin yaradıldığı vurğulanıb.

Sonra qonaqlar imtahanların gedişini izləyiblər. Müşahidəçilər imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər
Xəbəri paylaş