Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deponun elektrik təchizatı daha bir yarımstansiya ilə yeni standartlar səviyyəsinə çatdırılacaq

Deponun elektrik təchizatı daha bir yarımstansiya ilə yeni standartlar səviyyəsinə çatdırılacaq


Newscenter.az.25.01.2019. Metropolitenin “Nərimanov” elektrik deposunda daha bir elektrik yarımstansiyasının inşası başa çatıb və avadanlıqların qurulmasına başlanılıb.

Newscenter.az-a daxil olan məlumata görə, bu yarımstansiya metropolitenin mühüm istehsalat, təmir-bərpa sahəsi olan, ən əsası, lokomotiv parkının yerləşdiyi deponun elektrik təchizatını ən müasir standartlara çatdıracaq.

Yeni yarımstansiya “Bakı Metropoliteni” QSC-nin nəzdindəki “Bakımetrolayihə” İnstitutunun layihəsi əsasında inşa olunub. İki mərtəbəli binanın birinci mərtəbəsi xətlərin əsas daşıyıcı sahəsi olacaq. Burada xidməti otaqlar da yerləşəcək. İkinci mərtəbə yarımstansiyanın əsas idarəetmə personalının avtomatik iş yeri, həmçinin elektrik təchizatı avadanlıqlarının yerləşdirilməsi üçün nəzərdə tutulub. Binanın əsas tikinti işləri başa çatıb, mərtəbələr üzrə bölgülər aparılması yekunlaşıb.

Yarımstansiyada müasir, hər biri 2 ədəd olmaqla, 1000 kVA-lıq, 630 kVA-lıq və 40 kVA-lıq yeni transformatorlar qoyulur. 1000 kVA-lıq transformatorlar güc, 630 kVA-lıqlılar işıqlandırma, 40 kVA-lıqlılar isə işarəvermə sistem və qurğuların elektrik təchizatına olan tələbləri ödəyəcək. Bu şəbəkələrin bir-birindən ayrılması metropoliten üçün vacib məsələ olmaqla, elektrik təchizatının sabitliyini və etibarlığını daha yüksək səviyyədə təmin etməyə imkan verəcək.

Yarımstansiya qurulduqdan sonra yeniləşməkdə olan “Nərimanov” deposunun elektrik təchizatı daha da yüksək standartlara cavab verəcək.
Xəbəri paylaş