Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” mövzusunda dəyirmi masa keçiriləcək

“Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” mövzusunda dəyirmi masa keçiriləcək


Newscenter.az.29.01.2019. Fevralın 1-də Azərbaycan İlahiyyat İnstitutunda “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” mövzusunda dəyirmi masa keçiriləcək.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, diskussiya iştirakçıları milli-mənəvi dəyərlərimiz, dil, din, ailə, milli mənsubiyyət, müstəqillik, azərbaycançılıq ideologiyası və digər bu kimi önəmli anlayışlar haqqında məruzə ilə çıxış edəcəklər. “Dəyirmi masa”da milli-mənəvi irsimizin düzgün təbliği və bu sahədə gənclərin üzərinə düşən vəzifələrin müzakirəsi nəzərdə tutulur.

Məruzələrdən sonra, mövzu ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, İnstitut Azərbaycan xalqına məxsus dini, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirir.
Xəbəri paylaş