Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Misir səfiri Aİİ-ni ziyarət edib

Misir səfiri Aİİ-ni ziyarət edib


Newscenter.az.29.01.2019. Misir Ərəb Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Adel İbrahim Ahmed İbrahim yanvarın 29-daAzərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, Aİİ rektoru cənab Ceyhun Məmmədov səfir Adel İbrahim Ahmed İbrahimi salamlayaraq, Misirin təhsil müəssisələri ilə daha yaxın tərəfdaşlıq əlaqələrinin qurulmasındanvə onların təcrübəsinin öyrənilməsinin əhəmiyyətindən bəhs edib.

C.Məmmədov Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən danışaraq, bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edən rektor, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu, milli-mənəvi dəyərlərin qorunmasına diqqət verildiyini qonağın nəzərinə çatdırıb.

Sonra Misir Ərəb Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Adel İbrahim Ahmed İbrahim çıxış edərək, Azərbaycanda belə bir ali təhsil müəssisəsinin fəaliyyətə başlamasını böyük məmnunluqla qarşıladığını qeyd edib.

Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirdiyini vurğulayanSəfir Aİİ-yə fəaliyyətində uğurlar arzulayıb. O, ali təhsil müəssisəsində İslamla yanaşı, digər dünya dinlərinin tədris edilməsini, o cümlədən Fəlsəfə, Sosiologiya, Məntiq, Tarix kimi dünyəvi fənlərin keçirilməsini böyük maraqla qarşıladığını ifadə edib.
Görüşdə gələcək əməkdaşlıqla yanaşı, tələbə-müəllim mübadiləsi, birgə seminarların təşkili və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Daha sonra səfir Adel İbrahim Ahmed İbrahim İnstitutun kitabxanasını ziyarət edib. Kitabxana Fondunun zənginliyindən heyranlığını ifadə edən səfirərəb dilində yazılı ədəbiyyata xüsusi maraq yetirib.
Xəbəri paylaş