Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rumıniyada 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

 Rumıniyada 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı


Newscenter.az.5.02.2019. Rumıniya Xarici İşlər Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsilin bakalavriat, magistratura, doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib. Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, proqrama əsasən, memarlıq, incəsənət, Rumıniya mədəniyyəti və sivilizasiyası, jurnalistika, siyasi və idarəetmə elmləri, sosial və humanitar elmlər, neft-qaz, kənd təsərrüfatı və texnologiya elmləri, baytarlıq üzrə təqaüdlər təklif olunur.

Təqaüd proqramının tədris dili rumın dilidir. Təhsil haqqı, yataqxana xərcləri, aylıq təqaüd Rumıniya tərəfindən qarşılanacaq.

Müsabiqədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları https://www.mae.ro/en/node/10251 səhifəsində göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri fevralın 15-dən 22-dək təqdim etməlidirlər.
R.Mehdiyeva
Xəbəri paylaş