Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hava kəskin pisləşəcək, güclü külək əsəcək

Hava kəskin pisləşəcək, güclü külək əsəcək


Newscenter.az.6.02.2019. Sabah ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı xəbərdatlıqda bildirilir.



Xəbərdarlığa əsasən Bakıda və Abşeron yarımadasında fevralın 7-də cənub-qərb küləyinin 15-18, arabir 20-23 m/s, fevralın 8-də isə şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.



Azərbaycanın rayonlarında fevralın 7-8-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi, fevralın 8-i axşamdan fevralın 12-dək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.
Xəbəri paylaş