Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 28759 istehlakçıya xidmət edib

“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 28759 istehlakçıya xidmət edib


Newscenter.az.7.02.2019. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2019-cu ilin yanvar ayı ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

Newscenter.az-a İstehsalat Birliyindən daxil olan məlumata görə, cari ildə Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad,İmişli,Masallı, Qəbələ, Quba, Mingəçevir,Şəki həmçinin Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 28759 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin edilib.
Xəbəri paylaş