Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Metropolitençilər qan verib

Metropolitençilər qan verib


Newscenter.az.14.02.2019. Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) təşəbbüsü, təşkilatçılığı və metropoliten rəhbərliyinin dəstəyi ilə ənənəvi qanvermə aksiyası keçirilib.

Səhmdar Cəmiyyətdən Newscenter.az-a bildirilib ki, aksiyanın birinci günü – fevralın 12-də metropolitenin inzibati binasında təşkil olunub və 166 metropolitençi iştirak edib. Fevralın 13-də isə könüllü qanverənlər üçün metropolitenin "Nərimanov" elektrik deposunda müvafiq şərait yaradılıb və 158 donor iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına dəstək vermək, eyni zamanda, hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım edərək, onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə keçirilən ənənəvi qanvermə aksiyası beşinci dəfədir təşkil olunur.

Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqlarının tam nəzarəti altında keçirilən aksiyada ümumilikdə 324 nəfər qan donoru olub
Xəbəri paylaş