Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səyyar ASAN Kommunal Səbaildə

Səyyar ASAN Kommunal Səbaildə


Newscenter.az.14.02.2019. Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhəri Səbail rayonu Nizami 66 və Xəqani 19 küçələrinin kəsişməsində birbaşa kütləvi sayğac dəyişikliyi olan abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin edilib.

Newscenter.az İstehsalat Birliyinə istinadən xəbər verir ki, vətəndaşlar bu layihə çərçivəsində əsasən sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi xidmətindən yararlana biliblər.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.
Xəbəri paylaş