Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bütün istiqamətlərdə nəqliyyatın hərəkəti təmin edilib

Bütün istiqamətlərdə nəqliyyatın hərəkəti təmin edilib


Newscenter.az.19.02.2019. Azərbaycanda hava şəraiti ilə bağlı avtomobil yollarındakı son vəziyyət açıqlanıb.

Bununla bağlı Newscenter.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, Bakı - Quba - Rusiya ilə dövlət sərhədi avtomobil yolu - Yolun Siyəzən-Şabran hissəsində yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisindən keçən hissəsinə ara bir zəyif qar yağır. Havanın temperaturu müsbət 2-4 arası müşahidə olunur, hərəkət təmin olunur.

Həmçinin Quba rayonunun Xınalıq, Qusar rayonunun Şahdağ ərazisində hal-hazırda yağıntı yoxdur, hava temperaturu mənfi 4-6 dərəcədir və yollarda lazımi tədbirlər görülərək nəqliyyatın hərəkəti təmin olunub.

Giləzi – Xızı yolunda zəif qar yağır, səhər saatlarında yollar qardan təmizlənib, qum-duz səpilib. Hava temperaturu müsbət, dağlıq ərazilərdə mənfi temperatur müşahidə olunur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.

Bakı – Qobustan yolunda qar yağır, 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə lazımi tədbirlərin görülməsi davam etdirilir, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan - Şamaxı - Muğanlı yolunda qar yağır, şaxta yoxdur, yol qardan təmizlənib, qum-duz səpilib və hazırda bu istiqamətdə işlər aparılır. Hərəkət təmin olunub.

Muğanlı - Ağsu – Yevlax yolunun Muğanlı-Ağsu hissəsinə qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər aparılır və yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Ələt – Hacıqabul yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Hacıqabul – Ucar – Yevlax - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax – Gəncə - Qazax - Gürcüstanla dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Muğanlı – İsmayıllı yolunda qar yağır, şaxta yoxdur. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı – Oğuz – Qəbələ - Şəki yolunda qar yağır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər aparılır və yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəki – Qax – Zaqatala – Gürcüstanla dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax – Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Gəncə - Daşkəsən – Xoşbulaq yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Şəmkir - Gədəbəy yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Ələt – Astara – İranla dövlət sərhədi avtomobil yolunda yağış yagır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Masallı – Yardımlı yolunun Masallı rayonunda keçən hissəsində yağış yagır, Yardımlı rayonunda keçən hissəsində qar yağır, şaxta yoxdur , nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Lənkəran – Lerik yolunun Lənkəran rayonundan keçən hissəsində yağış yagır, Lerik rayonundan keçən hissəsində qar yağır, şaxta yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz yolunun Hacıqabul - Sabirabad - Saatlı hissəsində hissələrlə yağış yağır. Yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Xəbəri paylaş