Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qar yollarda hansı çətinliklər yaradıb?

Qar yollarda hansı çətinliklər yaradıb?


Newscenter.az.19.02.2019. Dünəndən ölkə ərazisində havanın kəskin şəkildə pisləşməsi, paytaxt və bölgələrə yağan güclü qar yollarda, nəqliyyatın hərəkətində bəzi problemlər yaradıb. Düzdür, əlaqədar qurumlar mövcud hava şəraitini nəzərə alaraq bu istiqamətdə əvvəlcədən hazırlıqlara başlayıblar. Məsələn, paytaxtın nəqliyyat idarəetmə sistemini həyata keçirən Bakı Nəqliyyat Agentliyi yollarda hava şəraiti ilə əlaqədar sürət həddini azaldıb. Eyni zamanda paytaxt nəqliyyatının daha səmərəli və mövcud vəziyyətə uyğun həırəkət etməsi üçün müvafiq tədbirlər həyata keçirib. Paralel olaraq Avtomobil Yolları Dövlət Agentliyi də hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçib. Havanın kəskin dəyişəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbərdarlığına əsasən Dövlət Agentliyi bütün texnikaları hazır vəziyyətə gətirib. Elə bu səbəbdəndir ki, qarlı havaya baxmayaraq respublikanın əsas magistral yollarında ciddi problemlər yaranmayıb.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən-Şabran hissəsində yağış, Quba və Qusar rayonları ərazisindən keçən hissəsinə qar yağır. Havanın temperaturu müsbət olduğundan yolda qar yoxdur, hərəkət təmin olunub. Quba rayonunun Xınalıq, Qusar rayonunun Şahdağ ərazisində yollarda 5-10 sm qar var, lazımi tədbirlər görülür və nəqliyyatın hərəkəti təmin olunur. Giləzi – Xızı istiqamətində də qarın yağmasına baxmayaraq səhər saatlarından başlayaraq yol qardan təmizlənib, yollara qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Bakı – Qobustan istiqamətində də qar yağır. Bu yolda hətta 1-2 dərəcə şaxta var. Yolun Cəngi-Qobustan hissəsinə 7-10 sm qar yağıb. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.
Ən güclü qar yağışı Qobustan - Şamaxı – Muğanlı istiqamətində müşahidə edilib. Bu ərazidə hətta 1-2 dərəcə şaxta da var. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır, eyni zamanda qum-duz səpilir. Hərəkət təmin olunub.

Hava şəraitinin kəskin pisləşməsi Muğanlı - Ağsu - Yevlax avtomobil yolunun Muğanlı-Ağsu hissəsinə də təsirsiz ötüşməyib. Əraziyə yağan qar səhər saatlarından başlayaraq təmizlənib, yollara qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Bakı - Ələt – Hacıqabul istiqamətində isə vəziyyət bir qədər sabitdir. Bu ərazidə sulu qar yağdığından nəqliyyat vasitələrinin hərəkəti normaldır. Hacıqabul – Ucar – Yevlax -Yolun Hacıqabul-Ucar hissəsinə də sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədində isə ümumiyyətlə yağıntı yoxdur və nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Muğanlı – İsmayıllı istiqamətinə qar yağsa da, lakin şaxta yoxdur. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. İsmayıllı – Oğuz – Qəbələ - Şəki - Qar yağır, yolun İsmayıllı-Qəbələ hissəsində yolda 7sm qar yağıb. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Yolun Oğuz-Şəki hissəsində sulu qar yağır.

Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda isə qar yağıntısı yoxdur. Yalnız yağış yağır. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Yevlax – Şəki (Göybulaq) - Şəki rayonu ərazisində yağış yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Respublikanın qərb zonasında Gəncə-Daşkəsən – Xoşbulaq, Şəmkir - Gədəbəy istiqamətində də, eləcə də Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Əsasən sərt hava şəraiti ilə müşahidə edilən cənub zonasında da vəziyyət normaldır. Belə ki, Masallı – Yardımlı, Lənkəran – Lerik yolunda yağıntı yoxdur, hava dumanlıdır, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Hacıqabul – Bəhramtəpə – Horadiz - Yolun Hacıqabul-Sabirabad-Saatlı hissəsində hissələrlə sulu qar və yağış yağır. Yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Füzuli
Xəbəri paylaş