Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib

 "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib


Newscenter.az.22.02.2019. 21-22 fevral tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sabirabad Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib. Newscenter.az-a daxil olan məlumata görə, ikigünlük seminar-müşavirədə rayon İH başçısının ərazi nümayəndələri, bələdiyyə sədrləri, dindarlar, dini icma sədrləri və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov bildirib ki, cəmiyyətin, xüsusilə gənclərin yad dini ideologiyaların təsirindən qorunmasında dini maarifləndirmə tədbirləri mühüm rola malikdir. Natiq, eyni zamanda, məzhəb ayrı-seçkiliyinə qarşı vəhdət və həmrəyliyin əhəmiyyətindən də danışıb.

Dövlət-din münasibətlərindən bəhs edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan dövlətinin din siyasətinin prioritet istiqamətlərindən birinin məhz tolerantlıqla bağlı olduğunu bildirib. O qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin davamı olaraq Prezident İlham Əliyev tolerantlığı dövlət siyasəti səviyyəsinə qaldırıb. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz beynəlxalq fəaliyyəti, həyata keçirdiyi çoxsaylı layihələri ilə ölkəmizin multikultural mühitinin üstünlüklərini dünyada əyani şəkildə nümayiş etdirir.

Xəbəri paylaş