Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu qədər dərin nifrət əslində Qərb dünyasının faciəsidir, üz qarasıdır, utanc yeridir

Bu qədər dərin nifrət əslində Qərb dünyasının faciəsidir, üz qarasıdır, utanc yeridir


Newscenter.az.15.03.2019. "Bu gün qatil-terrorçu qüvvələr Cümə gününün mübarək gün olmasına imkan vermədilər. Yeni Zellandiyanın Kraystçörç şəhərində iki məscidə silahlı hücum nəticəsində 49 nəfər həlak oldu, bir çox insanlar xəsarət alıb, yaralanıb". Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki, bu vəhşi qətliam bütün dünya müsəlmanları kimi bizi də dərindən kədərləndirdi və dərindən sarsıtdı:

"Məscidlərdə terakt törədən Brenton Tarrant adlı şəxsin müsəlmanlara, türklərə qarşı islamofob ruhlu, nifrət dolu fikirləri, hədələri şəxsən məni heyrətə gətirdi. Həmişə "İslam terrorizmi"ni sabun köpüyü kimi şişirtməyə çalışan Qərb (xristian) dünyasının yetirməsi olan B.Tarrantın içindəki müsəlmanlara qarşı bu qədər dərin nifrət əslində Qərb dünyasının faciəsidir, üz qarasıdır, utanc yeridir. Ümid edirik ki, bu dəhşətli qətliam Qərb liderlərini də, Qərbin media mənsublarını da düşünməyə, vicdanlarının səsinə qulaq asmağa vadar edəcək.

Biz bu günki terror aktları nəticəsində həlak olan müsəlmanların ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk və Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) olaraq günahsız insanların, inanclı şəxslərin öldürüldüyü bu terror aktını qəti şəkildə pisləyirik".
Xəbəri paylaş