Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Binə qəsəbəsində 2 küçə təmir edildi, daha 4 yolda isə təmir davam edir

 Binə qəsəbəsində 2 küçə təmir edildi, daha 4 yolda isə təmir davam edir


Newscenter.az.18.03.2019. Cari ilin əvvəlindən Binə qəsəbəsində start verilən təmir-tikinti işləri çərçivəsində artıq ümumi uzunluğu təqribən 3 km olan 2 küçənin 16 min kv.m-dən çox sahəsində təmir-bərpa işləri aparılaraq yekunlaşdırılıb.

Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu hər birinin uzunluğu 1.5 km, eni isə 5.5 metr olan Sabir və Nəsimi küçələridir. Küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb.

Hazırda isə təmir-tikinti işləri 2 yşayış massivinin yollarında və 2 küçədə davam etdirilir. İşlərin aparıldığı ərazinin uzunluğu 17.5 km, sahəsi isə 120 min kv.m-dir.

Ümumilikdə Binə qəsəbəsi üzrə təmir-bərpa işlərinin aparıldığı küçə və yollar vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq.

Qeyd edək ki, təmir-tikinti işləri ilkin mərhələdə sözügedən ərazilərdə aparılır. İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Xəzər rayonu Binə qəsəbəsi üzrə digər küçə və yollarda da işlərin davam etdirilməsi nəzərdə tutulur.


Xəbəri paylaş