Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Məktəb seminarları” başa çatıb

“Məktəb seminarları” başa çatıb


Newscenter.az.18.03.2019.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb seminarları” başa çatıb. Newscenter.az xəbər verir ki, “Məktəb seminarları”nın sonuncu sessiyaları Sabunçu rayonunun 47 ümumi təhsil müəssisəsini əhatə edib.

Sessiyalarda BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, metodbirləşmə sədrləri, fənn müəllimləri və məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər.

“Məktəb seminarları” layihəsinin məktəb direktorları üçün keçirilən sessiyasında çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev “Məktəb seminarları”nın ümumi təhsildə qarşıya qoyulan hədəflərə çatmaqda mühüm rol oynadığını və bu işin mütəmadi davam etdirilməsinin vacib olduğunu bildirib.
Xəbəri paylaş