Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müsabiqə qalibləri bəlli olub

Müsabiqə qalibləri bəlli olub


Newscenter.az.27.03.2019. Məktəblilər arasında “Azərbaycan dili-milli varlığımızdır” adlı şeir müsabiqəsinin şəhər mərhələsinin qalibləri müəyyənləşib.

Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş müsabiqənin şəhər mərhələsində 36 şagird iştirak edib.

Müsabiqədə seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun jest və mimikalardan, səs tonundan, intonasiyadan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi, ifadəliliyi, düzgünlüyü və ifa üçün ayrılmış vaxta riayət edilməsi meyarları əsas götürülüb.

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Xəbəri paylaş