Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyasi iddiaları intellektual imkanlarından qat-qat yüksək olan Əli İnsanov

Siyasi iddiaları intellektual imkanlarından qat-qat yüksək olan Əli İnsanov


Newscenter.az.27.03.2019. “Meydan TV-nin rəhbəri Emin Millinin Əli İnsanovu üzr istəməyə çağırması əslində qalmaqallı və eks-nazirə son zamanlarda verilmiş ən ciddi mesaj oldu”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, Emin Milli ölkə başçısının 16 mart tarixli əfv sərəncamı ilə azadlığa buraxılmış keçmiş səhiyyə naziri Əli İnsanova sosial şəbəkə üzərindən müraciət edərək yazıb ki, “Əli İnsanov etiraf etməlidir, üzr istəməlidir və siyasətdən getməlidir”.

Partiya sədrinin qənaətincə, TV rəhbərinin bu sözləri Əli İnsanov üçün "soyuq duş effekti" yarada biləcək təsir gücünə malikdir:

“Doğrudan da, siyasətdə naşı olan, amma siyasi iddiaları intellektual imkanlarından qat-qat yüksək olan Əli İnsanov heç böyük siyasətə gəlmədən, üzüsulu çıxıb getsə yaxşıdır. Vaxtilə üzvü olduğu siyasi komandaya sadiq olmayan və səhiyyəni bərbad günə qoyan uğursuz eks-nazir indi siyasətçi olub da xalqa nə gün ağlaya bilər ki?”.
Xəbəri paylaş