Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hava dəyişəndə də Əli Kərimli onu 19 yanvar mitinqi ilə əlaqələndirir

Hava dəyişəndə də Əli Kərimli onu 19 yanvar mitinqi ilə əlaqələndirir


Newscenter.az.28.03.2019. “Biz bunu dəfələrlə yazmışıq. Yenə də deyirik. Hava dəyişəndə də bu təxəyyül onu 19 yanvar mitinqi ilə əlaqələndirir. Ölkə səviyəsində nə xeyirli iş olsa 19 yanvar mitinqinə bağlayır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib. O, bildirib ki, Qarabağı işğaldan azad etsəydik Əli Kərimli bunu da 19 yanvar mitinqinin nəticəsi kimi təqdim edəcək:

“Çünki, 19 yanvar mitiqindən sonra rayonlara qar yağdı. 19 yanvar mitinqi sayəsində "Diqlas" Ticarət Mərkəzi yandı. Bu təxəyyülə əsasən 19 yanvar mitiqindən sonra Ölkə rəhbərimiz 29 Martda Paşinyanla görüşəcək. Bu həmvətən 19 yanvar gecəsi ilə 2019 cu ilin 19 yanvarını eyniləşdirərək gülüş obyektinə çevrilib”.
Xəbəri paylaş