Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan-Tonoyan cütlüyü bleflə məşğuldur

Paşinyan-Tonoyan cütlüyü bleflə məşğuldur


Newscenter.az.3.04.2019. Gəncəyə zərbə vurmaq, Kür sahilinə çıxmaq, yeni-yeni ərazilərimizi işğal etmək planları sadəcə və sadəcə bir erməni utopiyasıdır, erməni siyasi elitasının növbəti fantaziyasıdır. Amma bu istəklər elə utopiya olaraq da qalacaq. Çünki indiki Azərbaycan da artıq əvvəlki Azərbaycan deyil. Hazırda Azərbaycan həm iqtisadi-siyasi baxımdan, həm də hərbi baxımdan elə bir gücə, potensiala malikdir ki, ermənilər bu gücə qarşı adekvat güc qoymaq və yeni ərazilər işğal etmək imkanına malik deyil. Ermənilər fürsətçi millətdir. Əgər onların buna imkanı olsaydı və Azərbaycanın zəifliyini zərrə qədər də olsa hiss etmiş olsaydılar, bir an belə yubanmadan Azərbaycan üzərinə hücuma keçərdilər. Paşinyan-Tonoyan cütlüyü sadəcə olaraq bleflə məşğuldur. Bu bleflər də necə deyərlər, erməni cəmiyyətinin nazıyla oynayır, erməniləri sakitləşdirməyə, "Qarabağ məsələsində güzəştlərə getməyəcəyik" mesajını verərək özlərinin satqın olmadıqlarını sübut etməyə çalışırlar.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş