Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxt məktəblərində Beynəlxalq Uşaq Kitabı Günü qeyd olunub

Paytaxt məktəblərində Beynəlxalq Uşaq Kitabı Günü qeyd olunub


Newscenter.az.3.04.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2 aprel-Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar tədbirlər keçirilib. Newscenter.az xəbər verir ki, tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.

Tədbirlərdə bu günün tarixindən söhbət açılıb, 1967-ci ildən etibarən, bu təqvimin Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başladığı diqqətə çatdırılıb.

Dünya uşaq ədəbiyyatının azyaşlıların tərbiyəsində əvəzsiz rol oynadığını deyən çıxışçılar əsrlər əvvəl yazılmış əsərlərin bu gün də uşaqlar tərəfindən sevilə-sevilə oxunduğunu qeyd ediblər.
Tədbirlərdə məktəblilərin iştirakı ilə ayrı-ayrı uşaq nağıllarının müzakirəsi aparılıb, kitabların insanın inkişafı baxımından əhəmiyyətini vurğulayan səhnəciklər təqdim olunub.

Həmçinin nağıl qəhramanlarının xarakterik xüsusiyyətləri barədə şagirdlərin müstəqil fikirləri dinlənilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirlər şagirdlərin ifasında şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla davam edib.
Xəbəri paylaş